"Səhiyyə sistemində ciddi islahatlar aparılmalıdır” - "Üzümü Şirəliyevə tutub..."

Son dövrlər həkim səhvi ucbatından dünyasını dəyişən xəstələrin sayı durmadan artır. Demək olar ki, hər həftə bu cür xəbərlərə rast gəlirik.Bəs görəsən müvafiq qurumlar, konkret olaraq Səhiyyə Nazirliyi insan faciəsi ilə nəticələnən bu cür hallara qarşı hansı səbəbdən yetərli mübarizə aparmır?

Bunu azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı, tibb elmləri doktoru Asim Mollazadə bildirdi ki, bu kimi halların baş verməsi bu sahədə olan boşluqlardan qaynaqlanır: "İlk növbədə Azərbaycanın təhsil sistemində, o cümlədən tibbi təhsil sistemində olan qüsurlar bu kimi halların meydana çıxmasına rəvac verir. Bunun əsas səbəbi Azərbaycanın səhiyyə sistemində həkimlərin fəaliyyəti ilə bağlı müvafiq protokolların olmamasıdır. Çünki dünyanın bütün inkişaf eləmiş dövlətlərində həkimin hər bir hərəkəti müvafiq protokollarla tənzimlənir. Yəni o protokolun xaricində fəaliyyət göstərən həkimləri çox ciddi cəza gözləyir Bəzi hallarda isə onların həkimlik fəaliyyətinə qadağa qoyulur. Çox təəssüf ki, bizdə hələ bu sistem oturuşmayıb. O səbəbdən də bu cür xoşagəlməz hadisələr ortaya çıxır”.

"Azərbaycan səhiyyə sistemində ciddi islahatlar aparılmalıdır” deyən millət vəkilinin sözlərinə görə, buna çox ciddi ehtiyac var: "Mən bu məsələni dəfələrlə Milli Məclisin tribunasından səsləndirmişəm. Açıq etiraf edim ki, lazımi cavablar da almamışam. Biz çox istərdik ki, bu istiqamətdə çox ciddi addımlar atılsın. Və mən buradan üzümü Səhiyyə naziri Oqtay Şirəliyevə tutub onu və rəhbərlik etdiyi qurumu bu kimi hallara qarşı mübarizə aparmağa səsləyirəm”.

635x100

Şərhlər

Bayram 2018-10-15 18:03:09

Onu necə deyirlər: "Nazir oldu Sirəli, ... gedərsən irəli". Asim müəllim bataqlıqda çiçək bitməsini gözləmək ən azından sadəlövlükdür.

Cavid 2018-10-15 18:03:09

Bu Molla-zadənin kimliyi də maraqlıdır.Oəvvəllər AXC-də müxalifət idi.İndi kimdir?Məsləkini dəyişmək moda düşüb.

yusif-1313 2018-10-15 18:03:09

ona hec kim göstəriş verə bilməz.

t.ədalət 2018-10-15 18:03:09

Bizim səhiyyə naziri sovet dövründə fermalarda işləyən,hər gün eyni uçotu aparan hesabdarlara bənzəyir.Yüz yaşı olsa belə səhiyyədə heç bir dəyişiklik olmayacaq, həmin hesabdarlar kimi vəzifəsində qalacaq.

EJDER 2018-10-15 18:03:09

NE OLDU BES ,ANALOQU OLMAYAN SEHIYYENIN INKIWAFINA...LAX CIXDI

Vətəndaş 2018-10-15 18:03:09

Guya Mollazadə bilmir ki, Şirəliyevlə islhatlar gözləmək xülyadır.Ayda ildə bir-iki dəfə aksioma kii bəlli olan məsələyə don geydirib saytlarda yerləşdirmək,illəti çaşdırmaq çabaları artıq oxunmuş mahnılardır.Şiəliyevin öncə kimliyini,milliyətini açmaq (qızı xaçla gəzir), səhiyyədə baş verən hallar (rüşvət, səhlənkrlıq, savadsızlıq,keyfiyyətsiz dərmanların ölkəyə gətirilib baha qiymətlərlə insanlara sırınması, kadr təyinatında rüşvətxorluq və sair neqativlər) əyani faktlardır. DEputt isə boş yazı yazır.

aysberq 2018-10-15 18:03:09

Asim müəllim! Şirəli "İqtisadi güclü olan Dövlətdə" arabanın beşinci təkəridir! O başını aşağı salıb öz biznesi ilə məşğuldur. Şirəli onun üçün qoyulmuş çərçivədən kənara çıxa bilməz. Buna onun nə haqqı çatır, nə də hüququ var.

LEMAN 2018-10-15 18:03:09

ozel klinikalari yoxlasinlar ATLAS MED CENTER OZ BASNALIQDI ORANI BAXLAMAQ LAZIMDIR

Abit 2018-10-15 18:03:09

En dehşetlisi Nesimi rayon 20 saylı poliklinikadı.Şeker xestelerinin dermanları verilmir,deyirler hara isteyirsiz müraciet edin.

Son yazılar