Cahangir Hacıyevlə birgə sabiq deputat barəsində də cinayət işi başlanılıb

"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyevin ikinci cinayət işində onunla birgə daha bir şəxsin adı məlum olub. "Report"un xəbərinə görə, bu, "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən və hazırda həbsdə olan sabiq deputat Dünyamin Xəlilovdur.

D.Xəlilov və 24 nəfər isə artıq cinayət materialları ilə tanış olub. C.Hacıyev isə hazırda cinayət materialları ilə tanış olur.

C.Hacıyevin tanışlıq mərhələsi yekunlaşdıqdan sonra cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri C.Hacıyev 2015-ci ilin dekabr ayının 5-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sabiq bankir apellyasiya şikayəti verib.

D.Xəlilov isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.

635x100

Şərhlər

Buzdaga 2018-10-15 18:02:22

Hər il azı 5-16 milуard ABŞ dolları bu dovrün və gələcək nəslin paуından məxaric olunur. Məbləgin уarısı birbaşa əlaqələrlə Azərbaуcanı hərbi işgalda saxlaуanları gücləndirir, qаlanı da onların тərəfdaşlarına тexniki-iqтisadi kapiтal kimi qoуulur və bu illərlə onlara bir neçə dəfə çox тəbii gəlirlər gəтirəcək!? Məncə, bu xərclərlə müqaуisədə bu iki bankirə və onlarla beləsinə buraxılan ozəl məsrəflər сüzi "qəpik-quruş"dur?

buzlaq 2018-10-15 18:02:22

Hörmətli Azpolitika! Bəlkə Siz maraqlanıb bizləri agah edəsiniz. Millətin belinə yüklənmiş 15 milyarddan çox pulun baiskarları Dünyavi ilə Cahangirdirlər??

Son yazılar