Tramp Səudiyyə kralı ilə Camal Qaşıqçı məsələsini müzakirə edib

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudla itkin düşən jurnalist Camal Qaşıqçı məsələsini müzakirə edib.

"Report" xəbər verir ki, D.Tramp bu barədə "Twitter" səhifəsində yazıb.

O, məsələni aydınlaşdırmaq üçün dövlət katibi Mayk Pompeonu Ər-Riyada ezam etmək niyyətindədir.

D.Tramp bildirib ki, Səudiyyə Ərəbistanı kralı jurnalistin başına gələnlərlə bağlı xəbərinin olmadığını bildirib və bu məsələni araşdırmaq üçün Türkiyə ilə yaxından əməkdaşlıq etdiklərini vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar