Ölkədə pambıq yığımı ilə bağlı PROQNOZLAR

Bu il Azərbaycan Sənaye Korporasiyasının (ASK) balansındakı “Azərpambıq” MMC-nin səpin sahələrindən 60 min ton pambığın yığılması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu korporasiyanın baş direktoru Kamran Nəbizadə deyib.

K.Nəbizadə bildirib ki, “Azərpambıq” MMC-nin payına Azərbaycanda istehsal olunan pambığın 30-35 faizi düşür:

“Bu il 29 min hektar sahədə səpin aparılıb və 60 min ton pambığın yığılması planlaşdırılır. Gələn il, dövlət başçısının tapşırığına əsasən, səpin sahələrini genişləndirmək, yaxın illərdə isə məhsuldarlığı hər hektardan 23-25 sentnerə qədər artırmaq planlaşdırılır. Bu tapşırıq yeni texnologiyaların və yüksək ixtisaslı kadrların cəlb olunması ilə yerinə yetiriləcək”.

635x100

Şərhlər

məmmədqulu 2018-10-15 19:52:11

Bir beşillikdə iki beşillik pambıq planını yerinə yeütirdiyimizə görə o qaşları nazik kişini xartdadın gətirin 18-ci keçici qırmızı bayrağı versin. URAAAAA!!!!!!! Gurultulu və sürəkli alqışlar!!!!! Sütunlu salondakı nümayəndələr ayağa qalxır!!!!

Son yazılar