KXDR nüvə obyektərinin siyahısını açmaqdan imtina edib! 

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) başçısı ölkəsinin nüvə obyektlərinin siyahısını Amerika Birləşmiş Ştatlarına (ABŞ) açıqlamaqdan imtina edib. Bu barədə xahişlə ABŞ-ın dövlət katibi Mayk Pompeo Koreya müharibəsinin (19501953) başa çatması barədə müqavilənin imzalanmasından əvvəl qarşı tərəfə müraciət edib.

Yaponiyanın «Yomiuri» qəzetinin yazdığına görə, Kim Çen In bəyan edib ki, Vaşinqton «onsuz da inanmayacaq - hətta belə siyahını əldə etsə belə».

«Əgər məlumatları yenidən tələb etsələr, mübahisə yaranacaq» - deyə, Şimali Koreya lideri əlavə edib. O, həm də ABŞ-ı KXDR ilə inama söykənən münasibətlər qurmağa çağırıb.

Trampın Kim Çen Inla iyundakı göüşündən əvvəl xəbər verilmişdi ki, Şimali Koreya Pxungeri nüvə poliqonunu məhv edib. Ancaq sonradan KİV-lər xəbər verdilər ki, Pxenyan özünün nüvə obyektlərində işləri davam etdirir.

Oktyabr ayında Kim Çen In amerikalı ekspertləri nüvə sınaqları poliqonuna baxış keçirmək məqsədilə ölkəsinə dəvət edib ki, özləri hər şeyə əmin olsunlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar