Qubada iki avtomobil toqquşub, ana və azyaşlı qızı xəsarət alıb

Quba rayonunda yol qəzası baş verib. "Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun İkinci Nügədi kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və KİA markalı avtomobillər toqquşub. Nəticədə rayonun Rustov kənd sakinləri - KİA-nın sürücüsü Mais Səxavət oğlu Məmmədovun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Bahar Famil qızı Məmmədova və qızı, 2011-ci il təvəllüdlü Nüşabə Mais qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar