Tramp Pentaqon başçısının istefasını istisna etməyib – “Özü xahiş edəcək”

Dərc olunub: 16/10/2018 - 00:12

Сeyms-Mettis-300x200«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri – Pentaqonun başçısı Ceyms Mettis postundan gedə bilər.

«Mümkündür ki, o, getsin. Mən hesab edirəm ki, əgər həqiqəti bilmək istyirsinizsə, Mettis mahiyyət etibarilə, özünəməxsus demokratdır» – deyə, ABŞ prezidenti «CBS» telekanalına verdiyi müsahibədə bildirib.

Tramp əlavə edib ki, onun sərəncamında «gözləmə rejimində fenomenal insanlar var ki, administrasiyaya gələcəklər». O, «Ağ Evdə xaos yaşanır» – deyə, düşünməməyə çağırıb.

Dövlət başçısı işarə vurub ki, istefa barədə nazir özü xahiş edəcək. «Biz, iki gün bundan əvvəl Mettislə nahar etdik, amma hansısa bir anda hamısı gedir. Burası Vaşinqtondur» – deyə, Tramp izah edib.

Məlum olduğu kimi, bundan əvvəl Tramp ölkənin BMT-dəki daimi nümayəndəsi Nikki Heylini işdən azad edib. Xəbər verilir ki, dövlət başçısı Heylini istisnasız olaraq, qadınlar arasından seçiləcək şəxslə əvəzləyəcək.








loading...


Fikrinizi bildirin