«Avropa İttifaqı və Britaniya «Brekzit»in şərtləri barədə razılığa gəliblər» - KİV

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa İttifaqının (Aİ) danışıqlar üzrə nümayəndəsi Mişel Barne ilə görüşmək üçün Britaniyanın «Brekzit» işləri üzrə nazirliyinin başçısı Dominik Raab gözlənilmədən Brüsselə gəlib.

Bundan az sonra «Politico» saytı xəbər verib ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının şərtləri barədə ilkin razılaşma əldə olunub.

«Saziş hələlik danışıq aparanlar səviyyəsində mövcuddur» - deyə, nəşrin diplomatik sahədə çalışan mənbələri bildiriblər.

Avroittifaqda isə bəyan ediblər ki, hələlik hansısa səs-küylü bəyanatlardan danışmaq tezdir.

Bildirilir ki, xəbəri Britaniyanın Baş naziri Tereza Meyin dəftərxanasında da şərh ediblər.

«Mən, bu yazılara inanmamağı tövsiyyə edərdim. Mən, onları həqiqətə uyğun adlandıra bilmərəm» - deyə, mənbə bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar