KXDR və Cənubi Koreya arasında dəmiryolu xətti çəkiləcək

Şimali və Cənubi Koreya liderləri Kim Çen In və Min Ce-inin iyun ayında baş tutan görüşü nəticəsində əldə olunan saziş çərçivəsində iki dövləti birləşdirəcək dəmiryol xəttinin tikintisinə noyabrın sonlarında və ya dekabrın əvvəllərində başlanacaq. Bu barədə “Interfaks” informasiya agentliyi xəbər verir.

Qeyd edək ki, Pxenyan və Seulu birləşdirən Könison dəmiryol magistralı XX əsrin əvvəllərində istifadəyə verilsə də, 1945-ci ildə Koreya yarımadası Şimal və Cənuba bölündükdən sonra fəaliyyətini dayandırmışdı. 2000-ci ildə baş tutan danışıqlardan sonra hər iki dövlətin qatarları demilitarizasiya zonasına qədər, sonradan isə Cənubi Koreya qatarları Şimali Koreyanın Keson şəhərinə qədər hərəkət etməyə başlayıb.

Bu il aparılan danışıqlar nəticəsində Seul və Pxenyan arasında dəmiryol əlaqəsini bərpa etmək barədə qərar qəbul olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar