Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran Regional Sınaq Laboratoriyası fəaliyyətə başlayıb

Dərc olunub: 15/10/2018 - 23:22

c41164aa-eb57-4666-a0d3-ac7dfc09cc01Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Lənkəran rayonuna səfəri çərçivəsində istifadəyə verilən müəssisələrdən biri də Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhlükəsizliyi İnstitutunun Lənkəran Regional Sınaq Laboratoriyası olub.
“Report” xəbər verir ki, səkkiz şöbədən ibarət laboratoriyada inzibati və laborator baxış otaqları yaradılıb.
Gün ərzində 300 sınaq aparmaq potensialına malik laboratoriyanın kimyəvi və bioloji tullantıların zərərsizləşdirilməsi, insinerator, soyuducu kamera və vivarium kimi yardımçı tikililəri vardır. Burada kimyəvi tullantıların neytrallaşdırma, o cümlədən bioloji tullantıların ozonlaşdırma texnologiyası əsasında zərərsizləşdirilməsi həyata keçirilir.
Nümunə qəbulu, toksikologiya, fiziki-kimyəvi müayinələr, mikrobiologiya, virusologiya, parazitologiya, karantin ekspertiza şöbələrində zəruri laborator müayinələrin aparılması üçün müasir avadanlıq quraşdırılıb, hər cür şərait yaradılıb.


loading...




Fikrinizi bildirin