Etimad Əsədov son mənzilə yola salındı - FOTOLAR (Yenilənib)

Bu gün səhər saatlarında dünyasını dəyişən Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov son mənzilə yola salınır. Vida mərasimi mərhumun "Yeni Günəşli" qəsəbəsindəki evində keçirilir. Yas mərasimində Qarabağ qazisinin döyüş və həbsxana yoldaşları, ölkəmizin tanınmış siyasətçiləri iştirak edirlər. Mərhum "Fatmayı" qəbiristanlığında torpağa tapşırılacaq.

 

 

***

Bu gün səhər saatlarında “Qarabağ qazilər” birliyinin sədri, ölkənin tanınmış ictimai xadimi, 1-ci qrup Qarabağ qazisi Ehtimad Əsədov vəfat edib.

Bu barədə QAZİLER.AZ saytına onun döyüşçü dostları xəbər verib. E.Əsədov bir neçə müddət idi ki, ağ ciyər xərçəngindən əziyyət çəkirdi.

Əsədov Ehtimad Savalan oğlu 1963 - cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970-1980-cı illərdə həmin kənd orta məktəbini bitirib.

1982-84 – cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.

1991 – ci ildə Erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam Ərazi Özünü Müdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib.

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ qaziləri” ictimai birliyinin sədri idi.

Ali təhsilli idi.

Ailəli idi.

Allah rəhmət eləsin!

635x100

Şərhlər

Raufa-a 2018-10-16 15:06:07

Şərhinə görə təəssüf hissi keçirtdim... Etimad Rusiyada yaşayıb və erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. Bəziləri kimi Rusiya və digər xarici ölkələrdə baş girləməyib. Ayağını vətən yolunda itirib. Qardaş, indi Azərbaycanın (Fatmayi-nin) 2 m2 torpağını ona çoxmu görürsən?

Raufa 2018-10-16 15:06:07

Duz deyirsen, Etimadin Fatmayi "torpagi"nda ne iwi var. Ancaq onun Agdere "torpagi"nda da bir iwi yox idi, cunki o agdamliydi. Ancaq qeyreti vardi ve ona gore de gedib Agdere "torpagi"nda ayagini itirdi!

Faiqe 2018-10-16 15:06:07

Onun hebsde olmagindan xeberin vardisa ve niyesi bele maraqliydisa sagliginda yaxinlawib ozunden soruwaydin cavabini da alaydin!

Əsəd 2018-10-16 15:06:07

Niyə YAP rəhbərliyindən mərasimdə heç kim görünmür? Qazi bütöv Azərbaycanın qazisi deyilmi? Bunu, sual verən övladlarımıza necə başa salaq? ALLAH rəhmət eləsin.

sevda agakiwiyeva 2018-10-16 15:06:07

Allax rexmet elesin

Rauf 2018-10-16 15:06:07

Agdamda dogulan ne ucun Fatmayi qebristanliqinda defn olunur?Agdamin cox rayonu iwgal altinda deyil.Ele oz torpaqlarinda defn ederdilerde.Fatmayi qebristanliqi bezrazmerdi hamini orda defn edirler.Yeqin insanlar olende bele oz torpaqlarina qayidmaq istemirler.

t.ədalət 2018-10-16 15:06:07

Kiçik bulaqların axarı birləşərək sonda böyük nəhrlərə çevrilir.Etimad da elə idi.O, döyüşçüləri bir yerə toplayıb onların gücü ilə Qarabağ qazilərinə qarşı haqsızlıqlara qarşı mübarizə apardı.Döyüşlərdə olduğu kimi,həmişə öndə oldu.Müharibələr lənət yeri olsa da,bu müharibələrdə Vətənin haqqını qorumaq həmişə şərəf işi olub.Onun timsalında biz bir vətənsevərimizi itirdik.Qazandığı şərəf üçün Vətən ona minnətdardır!Allah rəhmət eləsin!

Faiq 2018-10-16 15:06:07

"Qarabağ qazilər" birliyinin sədri həbsxanada niyə olub? Maraq doğuran məsələdir. Allah Rəhmət etsin,amin!

ayzek 2018-10-16 15:06:07

Qazilər və şəhidlər heç vaxt ölmür!Biz onları görə bilmirik.

Mirzə AĞ 2018-10-16 15:06:07

Allah rəhmət eləsin!

Son yazılar