ELMAR VƏLİYEVİ ÖLÜMDƏN QURTARAN POLİS DANIŞDI - "Güllə gözümü ciddi zədələyib"

“Daxili orqanlarımdakı fəsadlar aradan qalxdı. Ciddi müalicə dövrü keçdim. Sağlığımda əsas problem sol gözümün görmə qabiliyyətinin ciddi itməsidir. Bunun üçün isə həkimlər əməliyyatın tez olduğunu deyir. Ümumilikdə durumum yaxşıdır”. Bu sözləri Gununsesi.org-a açıqlamasında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı təşkil olunan sui-qəsd zamanı ağır yaralanan polis əməkdaşı Qasım Aşbazov söyləyib.

O, gözünün müalicəsi üçün bu günlərdə Rusiya paytaxtı Moskvada olduğunu deyib: “Üç gün əvvəl Moskvada məhşur akademik Federov adına institutda müayinə olundum. Sol gözümdə görmə qabiliyyəti çox azdır. Çünki güllə gözümü ciddi zədələyib. Həkimlər bildirdi ki, pessimist olmağa dəyməz. Bir neçə ay sonra əməliyyat olacağam. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Xatırladaq ki, icra başçısına silahlı hücum zamanı Qasım Aşbazov həyatını riskə ataraq, özünü güllənin qabağına verib. Üç güllə yarası alan qəhrəman polis Elmar Vəliyevin həyatda qalmasına vəsilə ola bilib.

635x100

Şərhlər

Police 2018-10-16 10:31:48

Ewq olsun bele polislerimize

Sənan Ələsgərov Vedili 2018-10-16 10:31:48

Allah şəfa versin.Qasım çox gözəl oğlandır.Tərbiyəli və işgüzar adamdır.

G.M 2018-10-16 10:31:48

Heç olmasa bu polisə də 3 sot torpaq verseydilər bundan sonrakı bədbəxt ömrünü başa vurardı.

Son yazılar