“Azərbaycan idmanında korrupsiya yoxdur” - Azad Rəhimov

“Azərbaycanda idman sahəsində korrupsiya anlayışı yoxdur”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Tbilisidə Avropa Şurası İdman Nazirlərinin 15-ci konfransında iştirak edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov jurnlistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, toplantıda müzakirə olunan məsələlərin Azərbaycana bir o qədər də aidiyyatı yoxdur: “Konfransanda idmanda insan haqlarının qorunması və korrupsiyaya qarşı mübarizə məsələlərinə baxılır. Azərbaycanda idmançıların hüquqları hərtərəfli müdafiə olunur. Ölkəmizdə idmanda korrupsiya anlayışı da yoxdur. Amma biz konfrans çərçivəsində müzakirələrə qatılmağa hazırıq. Belə ki, hər bir müzakirə idmanın gələcəyinə və bu sahədəki proseslərin inkişafına böyük təkan verir”.

A.Rəhimov deyib ki, Avropa Şurasının İdman Nazirlərinin idmanda korruspiya və danışılmış oyunlarla bağlı ilk konfransı 10 il bundan öncə Bakıda keçirilib: “Çox şadıq ki, Avropa Şurasının bu platforması məhz Bakıdan başlayıb. Azərbaycan Avropa Şurasının idmanla bağlı üç konvensiyasına qoşulub. Bunlardan da ən əsası EPAS-dır (Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişi). Beş ölkə arasında Azərbaycan bu sənədə qoşulan birinci ölkə olub”.

Qeyd edək ki, Avropa Şurası İdman Nazirlərinin 15-ci konfransının açılış mərasimində Avropa Şurası baş katibinin müavini Qabriella Battaini-Draqoni, Gürcüstanın baş naziri Mamuka Baxtadze, təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili və digər rəsmi şəxslər çıxış ediblər.

Toplantının yekununda Tbilisi bəyannaməsi və idman sahəsində korrupsiyaya qarşı mübarizə və idmanda insan haqlarının qorunmasına dair iki qətnamənin qəbul olunması nəzərdə tutulub.

635x100

Şərhlər

Hörmətli oxucu! 2018-10-16 11:57:27

Bismillahir-Rəhmanir-Rəhim. Azərbaycanın gənclər və idman naziri hörmətli Azad Rəhimov diqqətlə fikir verin nə deyir: Ölkəmizdə idmanda korrupsiya anlayışı da yoxdur.Bu hörmətli nazir niyə utanmazcasına belə yalan danışa bilirlər!? Əlbəttə, bunun görünən tərəfiylə yanaşı, görünməyən tərəfləri də var.Bu nazirlikdə olan korrupsiya haqqında mətbuatda dəfələrlə yazılıb.Bunlardan bir neçəsi:- Sən demə, idmana xərclənən kriminal pullar çox asanlıqla ölkə sərhədlərini də aşıb, ən mötəbər beynəlxalq idman federasiyalarının da qapısını çox asanlıqla açırmış. Mərkəzi qərargahı ABŞ-da yerləşən Beynəlxalq Boks Federasiyası (World Series Boxing) - WSB ilə bağlı yar;.da BBC-nin Newsnight proqramında Azərbaycana qarşı yönələn ittihamlar indiyəcən eşitdiyimiz və şahidi olduğumuz bütün sensasiyaları kölgədə qoyur.Söz 9 milyonda gedir.- ““Rio Olimpiadasında” iştirak edən 56 idmançımızdan 35-i legioner və yalnız 21 nəfəri azərbaycanlıdır. Medal qazana biləcək güclü idmançılarımız yığmadan ya qovulub, ya da məşq bazasında haqsızlığa dözməyib millini tərk ediblər. Bunlardan biri Nicat Rəhimov Qazaxıstana köçüb sonra təkanla qaldırma hərəkətində qızıl medal qazanaraq dünya rekordunu təzələyib”. Ramil Quliyev qaçışda Türkiyə millisinin tərkibində dünya çempionu olmaqla bütün Türk Dünyasını qürurlandırdı. Ramil Quliyevi niyə ölkədən qaçaq saldınız? –Öz oğlunun idman naziri olan olaylar məyəm qorrubsiya deyil bəs nədir? Çox heyif- Sonda ölkə Prezidenti deyir ki,biz korrupsiya qarşı mübarizə aparırıq.Yaxşı deyiblər ki, yalan ayaq tutar,ancaq yeriməz.

Azərbaycan vətəndaşı 2018-10-16 11:57:27

İnanan daşa dönsün.Bir ölkənin ki,səhiyyəsi,təhsili,Bank sistemi Və ümumiyyətlə bütün sahələri korrupsiya içindədir,neçə olur ki,idmanda korrupsiya olmasın.

idmançı 2018-10-16 11:57:27

Korrupsiya yoxdursa bəs nə var? Oğurluq,yeyinti,büdcə silmə? Öz ölkəmizdə idmançı yetişdirmək əvəzinə xaricdən idmançıları cəlb edib böyük pullar məsrəf etmək və sairə bədxərcliklər?

Əsəd 2018-10-16 11:57:27

Məgər başqa sahələrdə korrupsiya var? Yoxdu və heç olmayıb da. Bunu bizi istəməyən və bizə paxıllıq edənlər özlərindən çıxarıblar. Korrupsiya yalnız 1992-1993-cü illərdə AXC-Musavat hakimiyyəti vaxtı olub. Getsin o günlər gəlməsin. De də bəə...

BAKILI 2018-10-16 11:57:27

Dogurdan

Abit 2018-10-16 11:57:27

Ne vaxtdan rüşvetin kökünü kesmisiz? Bax buna deyerem iş.

Son yazılar