Şirkətə 300 min manat ödəyən şəxs azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Ramil Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tədbiq edilib və ona şərti cəza verilib. Ramil Səmədov məhkəmə zalından azadlığa çıxıb.

İttihama görə, R.Səmədov "Kartaş" MMC-də satış meneceri işləyərkən 300 min manatdan artıq pulu mənimsəyib. Şirkət rəhbərinin hüquq-mühafizə orqanları əməkdaşlarına şikayəti əsasında R.Səmədov həbs edilib.

R.Səmədov "Kartaş" MMC-yə dəymiş ziyanı ödəyib və şirkətlə barışıq əldə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar