"ŞIĞORTA MAMED" ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? - Deputatlardan “Azərsığorta”ya ittihamlar 

“Ölkə prezidenti İlham Əliyev tərəfindən böyük addım atılaraq şəhid ailələrinə 11 min manat birdəfəlik yardımın verilməsi nəzərdə tutulub. Bu, şəhid ailələri tərəfindən yüksək qiymətləndirlir. Lakin elə şəhid ailələri var ki, onları bu hüquqlarından yararlana bilmirlər”. Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin iclasda deyib.

O bildirib ki, müharibə aparan dövlətdə şəhid ailələrinin hüquqları, haqları qorunmalıdır: “Bəzi şəhid ailələri “Azərsığorta”ya müraciət edir. Lakin onlara deyirlər ki, siz vaxtilə 50 min manat aldığınıza görə, indiki ödənişi ala bilməzsiniz. Vətəndaşlar həmin pulu almadıqlarını söyləsələr də, vətəndaşın üzərinə bunu sübut etmək kimi öhdəlik qoyulur. Belə çıxır ki, onlar almadıqlarını sübut etməlidirlər. Şəhid ailələrinin bu hüququ əlindən alınırsa, bu yanlış yanaşmadır. Dövlət qurumları öz fəaliyyətlərini düzgün qurmur, insanları Milli Məclisə göndərirlər”.

F.Mustafa deyib ki, söhbət 2 min vətəndaşdan gedir: “Bəzi vətəndaşlar öz hüquqlarını bilmirlər. Lakin bu məsələyə ciddi yanaşmalıyıq. 5 ildən bir arxiv yoxa çıxır və ya yandırılır. Bu sənədlər elektronlaşmalıdır ki, onlar itməsin”.

Deputat söyləyib ki, vaxtilə Daxili İşlər Nazirliyində xidmət göstərib şəhid olanların ailələrinin ölkə başçısının sərəncamı ilə ayrılan yardımdan istifadə etmək hüquqlarının olmadığı deyilir: “Vaxtilə DİN-də çalışıb, şəhid olanlara bütün güzəştlərdən istifadə etmək hüquqi verilib. Lakin onlara deyilir ki, sən gərək polis deyil, hərbiçi olmalıydın ki, bu güzəştdən istifadə edə biləsən. Bu, düzgün deyil. Problemi həll etmək üçün dövlət səviyyəsində qrup yaradılmalıdır. Haqlı tələb irəli sürməyənlər də ola bilər. Bunları araşdırmaq lazımdır. Bu ailələrin problemlərinin həlli istiqamətində addım atılmalıdır. Hər bir şəhid ailəsi ayrı-ayrılıqda qəbul olunaraq, onlara bu yardımın niyə düşmədiyi izah edilməlidir”.

“Cənab prezident İlham Əliyev tərəfindən böyük addım atılaraq şəhid ailələrinə 11 min manat birdəfəlik yardımın verilməsi nəzərdə tutulub”. Bunu isə Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

O bildirib ki, konkret bu ailələrin sayı 4800 nəfərdir:“Bu qədər şəhid ailəsinə yox cavabı verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bundan narahatdır. Cənab prezident seçkilərdən sonra şəhid ailələri ilə bağlı ilahi, müqəddəs bir sərəncam verdi. Bununla göstərdi ki, şəhid və şəhid ailəsi onun üçün, dövlət üçün nə qədər müqəddəsdir. Yəni, onlar məhək daşıdır. Şəhid ailəsi bir daha ayağa qalxıb dövlət, torpaq üçün vuruşacaq.

Ona görə sığorta təşkilatı tərəfindən yaradılan bu problem aradan qaldırılmalıdır. Onların bunu etməyə haqları yoxdur. Bunun üçün millət vəkillərindən, sığorta qurumundan və adıçəkilən nazirlikdən ibarət bir komissiya formalaşdırılsın və problem aradan qaldırılsın”.

Qeyd edək ki, "Azərsığorta» Dövlət Şirkətinin rəhbəri Məmməd Məmmədovdur. 13 yanvar 1993-cü ildəndir  Dövlət Sığorta Şirkətinin İdarə Heyətinin sədri vəzifəsində işləyir. «Sığorta Mamed» kimi tanınan şirkət rəhbəri Azərbaycanın ən varlı şəxslərindən biri hesab olunur. Mətbuata yayılan məlumatlarda «Sığorta Mamed»in Türkiyədə, Çexiyada əmlaklarının olduğu bildirilub. Həta şirkət rəhbərinin Çexiyanın Karlovı Varı şəhərində özünə dəyəri bir neçə milyon dollarla ölçülən villia inşa etdirdiyi iddia olunub.

 

Məmməd Məmmədovun belə böyük pulları necə qazanmasına dair də mediada məlumatlar yayılıb. Belə ki, mətbuatda çıxan xəbərlərə görə, şirkətin sığorta fəaliyyətində saxtakarlıqlara yol verilir. Sitat: «Hər il aztəminatlı ailələrin evlərinin sığortası adı altında Maliyyə Nazirliyindən on milyonlarla manat vəsait alınır. Amma heç bir ailəyə sığorta şəhadətnaməsi verilmir. Ayrılmış pullar isə ayrı yolla şirkət rəhbərinin cibinə axır. Həmin ailələrin bundan xəbəri yoxdur. Ona görə də, evləri yanıb kül olsa belə, yenə də onlara hər hansı bir sığorta pulu ödənilmir. Halbuki Məmməd Məmmədov həmin pulları öz adına yazdıraraq, götürməklə məşğuldur».

Bu məlumatlar nə qədər doğrudur deyə bilmərik. Ancaq deputatların şəhid ailələri ilə bağlı qaldırdığı problemlər göstərir ki, "Azərsığorta» Dövlət Şirkətinin fəaliyyətinin ciddi yoxlanılmasına ehtiyac var.  "Azərsığorta»da hətta Prezidentin verdiyi qərarların icrasına belə yanışırsa, şəhid ailələrinə çatası vəsaitləri ünvanına çatdırılmırsa, onda sadə vətəndaşların sığorta haqlarının məmimsənilmədiyinə necə inanmaq olar?  

Deputatların qaldırdığı problemlərlə bağlı "Azərsığorta»nın da mövqeyini işıqlandırmağa hazırıq.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Molla Nəsrəddin 2018-10-16 14:26:19

Bir gwn molla hovuzda çimir.Necə olursa boğulmaq təhlükəsi yaranır Yandan keçənlər nə qədər deyirlərsə ki,ay molla əlini ver dartıb çıxaraq,molla əlini uzatmır.Bir az bundan sonra mollaların xasiyyətinə bəlli olan birisi bunu görwr və hovuza yaxınlaşb mollaya deyir: Ay Molla al əlimi səni çıxarım.Molla cəld adama əlini uzadır və hovazdan çıxarılır.Adamlar soruşur ki,bu necə oldu molla səni eşitdi.Adam deyir:Bu mollalar verməyə öyrəşməyib.Ona görə "AL" demək lazım idi.Mamad dayı da belə öyrəşib.

????????????? 2018-10-16 14:26:19

Megrur choxdandir yox idin.

Məğrur Bədəlsoy, Qarabağ əlili 2018-10-16 14:26:19

"Sığorta Mamed"in adını çoxdandır "Qanpulu Mamed" qoymuşuq. Şəhid və qazilərin qanpulu bunların gözünü elə örtüb ki, heç Konstitusiyanı, məhkəmə qərarını da icra etmirlər. Ədliyyə Nazirliyinin icra baş idarəsinin ,Maliyyə Bazarlarına Nəzarət Palatasının də bu qanpulu korrupsiyasına ortaqdır. Təsəvvür edin, 8 -ci ildir borclu DSKŞ Qarabağ əlilinə məhkəmə qərarı ilə təsbit olunan borcunu ödəmir. Guya 2013 -cü ildə Nəsimi və Binəqədi şöbələrinin depozit hesabına on qat az məbləğdə borc ödəyib. 1-cisi, tələbkarın da borclunun da hesabı Beynəlxalq Bankda olduğu halda, niyə digər bankda olan 2 ayrı hesaba ödəniş edilib? 2-cisi, lap olsun, niyə bu icra şöbələri həmin pulu 6 ildir tələbkarın hesabına köçürmürlər? 3-cüsü, Binəqədi icra şöbəsi icraata 27 fevral 2013 -cü ildə başlayıbsa, bundan bir ay qabaq 31.01.2013-cü ildə həmin şöbəyə necə borc ödənilə bilər? Maliyyə Bazarlarına Nəzarət Palatası hansı əsasla Konstitusiya Məhkəməsinin qəti, təfsir oluna bilməz qərarını təfsir edir? "Mamed" oğlunun vaxtilə sədr olduğu Beynəlxalq Bankın Səbail filialı vasitəsilə necəsə edib,saxta ödəniş tapşırıqları ilə guya borcunu ödəyib. Bunların borcu ödəməməsi indeksasiyaya əsas verir. Lakin məhkəməyə də təzyiq edərək ərizələrə baxılmasına qoymurlar. Niyə bu şirkətin şəhid və qazilərin qanpulunu yemələrinə hüquqi qiymət verilmir? Kimə arxayındır?

Aslan 2018-10-16 14:26:19

Sığorta Mamedin Sumqayıtda tikdirdiyi binalarda (Novostrykalarda) özbaşınalıq baş alıb gedir. Hər tərəf natəmizlik, uçub dağılır. Sakinlərdən qanunsuz yığılan pullarıdan heç nəyə pul xərcləmək istəmirlər.

Ali 2018-10-16 14:26:19

Her bir esger herbi xidmete cagrilanda Mudafie nazirliyi bu eagerin sigorta haqqini Azersogtaya odeyr ve esgeri sigortalayir. Mamed de bu pullari basib yeyib. Indi neye gore Azersigortanin yerime dovlet odeyir bu pullari? Mamedin xarivdeki emlaklari bir yana tek pulu ile bu qan pullarini azi 100 defe rahat odemek olardi. Haci Memmedov axmaq deyildi ha. Mamed ele bildi ki bu pullari Azersigorta odeyecek ona gore siyahi hazirlananda filiallara tapsirdi ki sayi mumkun qeder axaldin. Naraziliqlar buna goredir

Ali 2018-10-16 14:26:19

Men bu sogortada 7 il isledim. 15 il erzide Her il EESM nazirliyinden azteminatli ailelerin siyahilari alinib bu esasla Maliyye nazirliyinden her il 10 molyona qeder pul alinidi. Azteminatlilarin bundan xeberi yoxdu deye Bu 15 ilde 1 nefer de sigorta almadi. Bu pullarin evvel, 20 sonralar 30,40 faizi MN de sogortaya nezaret eden zeng Na iq mellime, qalan faizi de Mamede catirdi. Bu isleri heyata keciren filial direktorlarina hec 1 qepik de vermirdi ve onlari borclu cixarirdi ki planiniz men doldururam.

EJDER 2018-10-16 14:26:19

AZERBAYCAN BELE MAMEDLERIN UMUDUNE QALIB.QACQIN PULUNU,WEHID PULUNU,ELELIN PULUNU,MILLETIN PULUNU ARSIZ ARSIZ YEYIRLER....LAZIMSIZ YERLERE XERCLEYIRLER BI...R.SONRADA NAQIL DANIWIRLAR....OZUVUZSIZ...

G.M 2018-10-16 14:26:19

M.Mamedov neçə illərin otruxmuş karrupsaneridi.Onun üçün müqəddəs heç nə yoxdur.Rüşvətə olan sevgisi..topladığı çirkli pulları çox vaxt cəıriməyə verir.Səhv etmirəmsə bir vaxtlar oğlunu ``zaloq`` götürüb kalan pulunu almışdılar.Vətənin Azadlığı uğurunda həlak olanlar onun üçün maraqlı ola bilməz.Çünki bu adamlarda vətən anlayışı yoxdur.

t.ədalət 2018-10-16 14:26:19

İkinci qrup müharibə əlili kimi mənə veriləcək kompensasiyanın yarısını sığorta Mamed yedi.Əgər razılaşmırsansa sənə heç nə vermirlər.Mən də razılaşdım.Sğorta Mamed pulları işçilərinin əli ilə yeyir.Yaxşı ki indi verilən pullar birbaşa bank vasitəsi ilə həyata keçirilir.Əvvəllər kompensasiyanı almaq üçün beş nəfərin imzası lazım olurdu.Hərəsinə də filan qədər.Axırda da kassir əlini açırdı.

Son yazılar