“Deputatlar bu təklifə cavab tapa bilmədi” – Komitə sədri

Milli Məclisin bu gün keçirilən iclasında “Lotoreyalar haqqında” qanun layihəsinə dəyişiklik məsələsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Modern.az xəbər verir ki, layihə barədə məlumatı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O qeyd edib ki, dəyişiklik layihəsi ikinci oxunuşda komitədə müzakirə edilərkən deputatlar bir məsələ ilə razılaşmadılar:

“Belə ki, yeni dəyişiklikdə, Tiraj Komissiyasının üzvlərinin 3 nəfərdən az olmaması təklif edilir. Millət vəkilləri bu təklifə lazımi cavab tapa bilmədilər. Yəni Komissiyasının üzvlərinin sayının azalmasına ehtiyac yoxdur. Hazırda Komissiyanın üzvlərinin sayı 5 nəfərdir. Bununla bağlı qanun təşəbbüskarı subyekti ilə çıxış edən orqanla müzakirlər aparılır. Yəqin ki, üçüncü oxunuşa qədər məsələ öz həllini tapar”.

Qeyd edək ki, qanun layihəsinə dəyişiklik ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

635x100

Şərhlər

Vətəndaş 2018-10-16 14:18:55

Milli məclisin qurama deputatlarının baxılacaq və həllini gözləyən,insanların ehtiyacı olan qanunlarla məşğul olmağı bacarmadıqlarından belə gic-gic,mənasız işlərlə məşğul olurlar.Lotereya-yəni aldatmaca kimə və nəyə xidmət edir?Qumar deyilmi? Məsələn 25-26 ildir bir əhalinin tibbi sığorta qanununu işlək hala gətirə bilməyənlər deputatlar kimə və nəyə gərəkdir? Bunun kimi millətin həllini gözlədiyi,lazim olan digərləri.

Son yazılar