Gürcüstan Prezidenti ölkədə marixuananın istehsalına qarşı çıxıb

Dərc olunub: 16/10/2018 - 14:51

55875e57-00af-495a-a39f-a4a8cf088e2cGürcüstan Prezidenti Giorgi Marqvelaşvili ölkədə hər hansı narkotik vasitənin istehsalının əleyhinədir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, o, bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ölkəsinin narkotik istehsalçısına çevrilməsi onun beynəlxalq arenadakı imicinə xələl gətirəcək.

“Mənim üçün Gürcüstanda narkotik vasitələrin istehsalı tamamilə qəbuledilməzdir və bunun iki səbəbi var. Birinci səbəb odur ki, əgər biz narkotik istehsal edən ölkə olsaq, o zaman narkotiklərin yayılmasına nəzarət edə bilməyəcəyik və daha çox insan bu xəstəliyin qurbanına çevriləcək. İkinci səbəb isə ölkənin xarici siyasəti ilə bağlıdır. Gürcüstan marixuana və ya digər narkotik vasitə istehsal edən ölkəyə çevrilə bilməz. Vətənimizə belə bir etiket vurula bilməz”, – G.Marqvelaşvili deyib.

Qeyd edək ki, Gürcüstan parlamenti marixuananın ixrac məqsədi ilə yetişdirilməsini nəzərdə tutan qanun layihəsinin müzakirəsini iki ay müddətinə təxirə salıb.


loading...




Fikrinizi bildirin