“Sürüşmə zonasındakı evlər 90-cı illərdə tikilib” - Meriyadan açıqlama

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Badamdardakı sürüşmə ərazisindəki tikililərlə bağlı açiqlama verib.

Meriyadan verilən məlumata görə Badamdar qəsəbəsi, Badamdar şossesindəki kəskin dağ yamacında baş vermiş sürüşmə zonasinda yerləşən mövcud tikililər əsas etibarı ilə keçən əsrin 90-cı illərində tikilmiş fərdi yaşayış evləridir. Tikildikdən sonra bu tikililər vətəndaşlar tərəfindən rəsmiləşdirilib.

“Lakin yamacdakı tikililərin sahibləri və bu tikililəri rəsmiləşdirən şəxslər mövcud landşafı nəzərə almalı idilər. Bu da onların üzərindən məsuliyyəti kənarlaşdırmır.

Məlumat üçün bildiririk ki, Badamdar sürüşmə zonasinda əksəriyyətində yaşayış olmayan 11 fərdi yaşayış evi var. Burada yaşayan sakinlər köçürülüb və ərazidəki 2 obyektin fəaliyyəti dayandırılıb”.

635x100

Şərhlər

Ramiz 2018-10-16 14:55:11

AZərbaycanda Sovet dönəmi 1991-ci ildə sona verilib.Sovet dönəmində isə Padamdartın təpə adlanan hissəsində tikili olmayıb.İkinci tərəfdən də Sovet dövründə villa tikintilərinə icazə verilməyib və hətta heç kim bu fikirdə olmayıb.Təpədəki tikililər yalnız müstəqillikdən sonra müxtəlif illərdə,yəni 1991-ci ildən sonra meydana gəlməyə başlayıb və son vaxta qədər də davam edib.Mİllətə yalan danəşmayın.İnsan öncə şəxsinə hörmət edib yalan danışmamalıdır.Xalqın gözü tərəzidir.

rasim 2018-10-16 14:55:11

Torpağa verilmiş sərəncam 90-cı illər kitabında qeydiyyatdan keçirilib. Çünki 2000-ci ildən torpağa sərəncam verilmir. İnşaat işləri Hacıbala Abutalıbovun rəhbərliyi dövründə aparılıb.

Cavad 2018-10-16 14:55:11

Növbəti yalan!

Son yazılar