"Formula-1" yarışının Azərbaycanda daha 5 il keçirilməsi üçün danışıqlar aparılır

"Formula 1" üzrə dünya çempionatının Azərbaycanın daha 5 il keçirilməsi üçün danışıq gedir.

"Report" xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai bildirib.

Onun sözlərinə görə, "Formula 1" rəhbərliyi və BŞH əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

Qeyd edək ki, mövcud müqavilə 2020-ci ilə qədər nəzərdə tutulub. "Formula 1" yarışı 2015-ci ildən Azərbaycanda keçirilir.

635x100

Şərhlər

miri 2018-10-16 15:47:46

Hələ acından qirilmamisiq. Davam edin, Məmləkət xəzinəsi tam boşalana kimi. Təki 5-10 avtoş kef etsin.

Vətəndaş 2018-10-16 15:47:46

Formula-1 lə ölkədə nə qədər maraqlanan insanlar var ki, bu qədər məsrəflər edilir? Olmazmı ki,bu məsrəf pensiyaçıların,müavinət alanların həyatını normallaşdırmağa xərclənsin?Axı formula-1 də nə aAzərbaycan vətəndaşı,nə də Azərbaycan texnikası iştirak etmir və bu bir növ heç yarış da deyil.Formal bir şou-ya bu qədər məsrəf israfçılıqdır!Bir-iki nəfərin əylncəsinə əhalisi əsasən kasıb olanölkədə belə məsrəfin adı yoxdur!

Son yazılar