“SEYFİNDƏKİ PULLARI QADINLARIN ALT PALTARINDA QAÇIRDIN...” – İsa Qəmbər və Arif Hacılıya ŞOK ittihamlar (VİDEO) 

Müsavat Partiyasının başqanı Arif Hacılı və Ümid Partiyasının sədri İqbal Ağazadə internet televiziyalarından birində baş tutan debatda bir-birini təhqir ediblər. Debat, 2003-cü ilin prezident seçkiləri mövzusuna həsr olunub.

"AzPolitika.info"nun məlumatına görə, İqbal Ağazadənin 15 və 16 oktyabrda baş verən hadisələrlə bağlı bəzi açıqlamaları Müsavat başqanının narazılığına səbəb olub. İ.Ağazadə bu açıqlamalarında məğlubiyyətə görə məsuliyyəti İsa Qəmbərin üzərinə qoyub. Sitat: “Mitinq günü İsa Qəmbərə 4 dəfə zəng etdim ki, meydana gəlin. O, gəlmədi. İlk üç zəngimdə mənə söylədi ki, meydana gəlib-gəlməməklə bağlı fikirləşir. Nəhayət, dördüncü zəngimdə bildirdi ki, yoldadır, evə gedir”.

Ümid Partiyasının sədri daha sonra bildirib ki, seçki günü Müsavat Partiyasının qərargahının qarşısında toplaşmaq planı olmayıb, buna İsa Qəmbər icazə verməklə, iqtidarın əks-hücumuna şərait yaradıb və beləliklə də məğlubiyyətə yol açıb: "15 oktyabrda heç bizim Müsavat qərargahı qarşısında toplaşmaq düşüncəmiz yox idi. Mənə İsa Qəmbər zəng etmişdi ki, ora gəlim. Mənim xəbərim olmatan planlar oldu, biz onun hesabına qalib gəlmədik. İsa bəydən xahiş etdim ki, camaata müraciət etsin və onlar partiyanın qarşısından dağılışsınlar”.

Bundan sonra tərəflər arasında qarşıdurma yaranıb. A.Hacılının "səviyyəsiz" replikasına əsəbləşən İ.Ağazadə onu qorxaqlıqda, 16 oktyabrda mikrofon gətirmək adı ilə meydandan qaçmaqda ittiham edib.

Ümid sədrinin ən diqqətçəkən ittihamları isə 15 oktyabrda gecə həmin vaxt Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olan Məhərrəm Əliyevin kabinetində İsa Qəmbəri təhqir edərək ordan qovması və Arif Hacılının seyfindəki pulları qadınların alt paltarında qərargahdan çıxarması haqda olub.

İki partiya sədrinin debatındakı maraqlı anların videoyazısını təqdim edirik:

635x100

Şərhlər

ayzek 2018-10-16 19:21:43

hamısı bir bezin qırağıdır.

G.M 2018-10-16 19:21:43

Azərbaycandakı əsgi müxalifətin bünövrəsi qarbaçova məxsusdur.Və məqsədi,məramı Dövlətçiliyə zərbə,Qarabağın itirilməsində vasitə olmaq.Ziyalı təbəqənin əzəldən abırına sığınması nəticədə..,``azadlıq`` şüarları altında təslimçiliyə rəvac verildi.Bu gün də Xalqı zülmətə yuvarlamaqda davam edirlər.Və Gəncliyi,mədəniyəti,ədəbiyatı cilovlayır..əvəzində iqtidarı qəddarlığa,mühiti xurafata sürükləməkdə davam edirlər.

Ekspert 2018-10-16 19:21:43

Azərbaycanın müstəqilliyinin əldən getməsinin səbəbkarları: 1.Əbülfəz Əliyev-"Kiminsə" hakimiyyətə gəlməsini təmin etməli. 2.Etibar Məmmədov-Həmin məqsədə qulluq edirdi.Vəzifə verilmədi.Aldandı.3.İsa Qəmbər-Rusiyaya işləyirdi.Primakov onun toxunulmazlığının qarantı.4.Nəcməddin Sadıqov-Ərazilərin verilməsinin .......5.Səfər Əbiyev-- Rusiyaya və "Kiminsə" hakimiyyətə gəlməsinə birbaşa işləyirdi.Hərbi texnika onda idi.6.Qalan rəhbərlər də böyük oyunların "peşkaları" idilər-müəllif Yaqub Məmmədov. -

semra novruzlu 2018-10-16 19:21:43

I.Agazade cox... Seviyyeden, terbiyeden danışır ama ele özü en böyük seviyesizdir.

miri 2018-10-16 19:21:43

I.Agszadə "üzərinə düşən missiya"ni çox yaxşı oynaya bildi.Heyif səndən Azərbaycan ki, fərdi maraq üçün hər şeyi etməyə hazır olan siyasət azalar "at oynadıb"

t.ədalət 2018-10-16 19:21:43

İsa Qənbər olan yerdən antitürk iyi gəlir.

ILgar 2018-10-16 19:21:43

Müxalifətin ic üzü acilmasa, Azərbaycan azad olmayacag.

Son yazılar