Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu ölkəsinə qayıdıb

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd İbrahim əl-Üteybi jurnalist Camal Qaşıqçının itkin düşməsi qalmaqalına görə ölkəsinə qayıdıb. “Report” “Habertürk”ə istinadən xəbər verir ki, diplomat Türkiyə vaxtı ilə saat 17:00-da Atatürk Hava Limanından “Saudia” aviaşirkətinə məxsus təyyarə ilə Ər-Riyada yola düşüb.

"Anadolu" agentliyinin məlumatına görə, jurnalistin itkin düşməsini araşdırmaq üçün Türkiyə ilə Səudiyyə Ərəbistanının yaratdığı müştərək istintaq qrupu baş konsulun iqamətgahında axtarış aparmalı idi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar