Türkiyəli müstəntiqlər jurnalistin öldürüldüyünə dair dəlillər əldə edib

Türkiyəli müstəntiqlər Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda itkin düşən jurnalist Camal Qaşıqçının öldürüldüyünə dair dəlillər əldə ediblər. “Report” “Haberler”ə istinadən xəbər verir ki, istintaq qrupunun ilkin təəssüratına əsasən, jurnalist öldürülüb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı vətəndaşı, “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşıqçı oktyabrın 2-də Krallığın İstanbuldakı Baş Konsulluğunun binasına daxil olduqdan sonra itkin düşüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar