ABUTALIBOV YENƏ “SÜRÜŞDÜ” – Günah rəhmətlikdə imiş...

Eldar Əzizov sabiq meri necə inandırıb?

Badamdarda baş verən sürüşmə bizim məmurların özlərinin də nə qədər "sürüşkən" olduğunu bir daha ortaya qoydu. Ancaq son 2-3 gündə sürüşmənin səbəbləri, buradakı tikililərin tarixçəsi, onların qanuniliyi və s. barədə nə qədər qarışıq və bir-birini təkzib edən fikirlər səsləndirsələr də, torpaq öz işindədir, sürüşməyində davam edir...

Şəhərə uzun müdət rəhbərlik etmiş Hacıbala Abutalıbovun və hazırda rəhbərlik edən Eldar Əzizovun sürüşmənin ilk günündə hadisə yerində söylədiklərini yada salmaq istərdik. H.Abutalıbov: "Onu tikənlər də bilirdilər ki, bura sürüşmə zonasıdır, amma yenə tikirdilər. İki gün öncə tikilən divar var burada. Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinə göstəriş vermişəm ki, qanunsuz tikililər sökülsün. Heç birinin sənədi yoxdur...”

Göründüyü kimi, sabiq merin dediyinə görə, ərazidə son günlərə qədər inşaat işləri aparılıb. Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı son rəsmi açıqlamada isə deyilir ki, ərazidəki tikililər ötən əsrin 90-cı illərində(!) tikilib. Yaxşı, biz kimə inanaq, Abutalıbovun hadisə yerinə gəlib də, öz dərin mənalı gözləri ilə gördüyünə və dilə gətirdiyinə, yoxsa rəsmi açıqlamaya?

Və bundan az sonra yeni açıqlama verən Abutalıbov deyir ki, bəli, hamısı 90-cı illərdə tikilib: "Eldar Əzizovun mənə verdiyi məlumata görə, həmin evlər 1990-cı ildə inşa olunmuş tikililərdir". Yaxşı, dünən dediyin nədir, bu gün dediyin nə? Deyəsən, Hacıbala müəllim artıq öz gözlərinə də inanmamağa başlayıb... Ya da E.Əzizov onu gözlərinə yox, rəsmi açıqlamaya inanmağa inandıra bilib... Bax belə edirlər ki, Abutalıbov Tolstoyun son günlərindən danışır: "Elə edin ki, məni dahi Lev Tolstoyun ömrünün axırıncı illərindəki vəziyyətə salmayasınız. Düzdür, Tolstoy ömrünün sonunu tənhalıqla başa vurdu. Amma bir şeyi də yaddan çıxarmayın ki, mən hər şeyə dözənəm. Çünki tənhalıq özü də xoşbəxtlikdir”.

Bu cür açıqlamalar verən, dünən gözüylə gördüyünü bu gün danan adamın baş nazirin müavini olduğu bir ölkədə yazıq torpaq sürüşməsin, neyləsin?

Burada daha bir maraqlı məqam icra hakimiyyətinin bütün məsuliyyəti 90-cı illərin "boynuna atmasıdır". Deməli burada 3 ehtimal yaranır:

1. Bu tikililər sovet hakimiyəti dövründə inşa olunub. Həmin dövrdə yaşayanlar isə yaxşı bilirlər ki, o vaxt bu cür tikintiləri həyata keçirmək mümkün deyildi və heç kəs o torpaqları hərraca çıxarıb sata bilməzdi.

2. Bu tikililər 1992-1995-ci illərdə inşa olunub. Bu da inandırıcı deyil. Dağlıq Qarabağda döyüşlər gedən və neft pullarının hələ ölkəyə ayaq açmadığı illərdə həmin ərazi ilə çətin ki, kimsə maraqlanaydı.

3. 1995-2000-ci illər. Böyük ehtimalla Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi açıqlamasında məhz bu illər nəzərdə tutulur. Xatırladaq ki, həmin illərdə Bakının meri mərhum Rafael Allahverdiyev olub. Vəssalam, "günahkar tapıldı"- atdılar rəhmətliyin üstünə...

Elə Abutalıbov da son açıqlamasında and-aman edib ki, o torpaqları mən satmamışam. Ancaq burada haşiyə olaraq, bir oxucumuzun redaksiyamıza göndərdiyi məlumatı qeyd etmək istərdik: "Torpaqlar sərəncamla və sərəncamsız satılıblar. Hərəsinin öz qiyməti olub. Sərəncamsız torpaq satışını əvvəlcə Sədaqət Məmmədova, sonra isə Hacıbala Abutalıbovun anasının xalası nəvələri Qafar Əhmədovla Əli Əsgərov həyata keçiriblər. Bunlardan birincisi Qanunsuz Tikililərlə mübarizə, ikincisi isə Ərazi İdarəetmə Orqanları ilə İş şöbəsinə rəhbərlik ediblər. Hər ikisi milyonların içərisində üzürlər..."

Doğrusu, şərh vermək çətindir və bilmək olmur kimə inanasan, dünən dediyini bu gün təkzib edən məmura, yoxsa oxucuya...

Burada daha bir məqam sürüşmənin səbəblərilə bağlıdır. Abutalıbov ilk açıqlamasında dedi ki, sürüşmənin səbəbi kanalizasiya sularıdır. Əzizov isə təkidlə bildirdi ki, yox, bu sadəcə təbii fəlakətdir. İndi də komissiyanın ilkin rəyində deyilir ki, səbəb sudur. Yəni ki, hərənin ağzından bir avaz gəlir, buna nə qulaq dözər, nə torpaq.

Hər necə olsa, torpaq sürüşməkdə davam edir, hələ bəlkə sürüşmə Badamdarın digər hissələrini də əhatə edəcək. Doğrusu, bir tərəfdən torpağı bu sürüşkənliyinə görə qınamalı da deyil. Çünki Badamdardakı evlərin hamısı olmasa da, bahalı villalardan ibarət böyük əksəriyyəti bu millətin boğazından kəsilən, oğurlanan, yağmalanan, rüşvətlə əldə olunan sərvətlər, pullar hesabına tikilib. Görünür, artıq torpaq da bu haramçılığı götürə bilmir...

Cəlal MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

Bakılı 2018-10-17 08:00:46

... Tərtibsiz işin də mənasız nəticəsi olmalıdır.Guya Nazirlər Kabineti onun yeridir?Onun yeri əsrın xəcalət torbasıdır.

Vetendash 2018-10-17 08:00:46

Hormetli redaksiya. Bir jurnalist gonderin. Mireli qasqay kucesi ile Eldar Taqizade kucesinin kesishdiyi yerdeki boyuk deshikleri cekin. Aslan MTK nin divarlari eyilib. Bu yeralti surushme tekce orda getmir. Butun Bakida gedir. Guclu ve savadli shekilde arashdirilma getmelidir.

Cəmşid Dərələyəzli 2018-10-17 08:00:46

93 illərdə, o zman bir çox ağıllı insanlar tərəfindən milli məclisə müraciətlər olundu ki, gəlin mərkəzin Azərbaycanın coğrafi mərkəzlərindən birinə köçürək. Bir çoxları buna ağız büzdü. Abşeron yarımadası bu gün həddindən artıq yüklənib. Qum səhrasının üzərində bunca ağırlıq, sonda təbii ki fəlakətlərə yol açacaq;. Kim nə deyir- desin, mən Bakının gözəlliyinin və təbiiliyinin 70-ci illərdə qaldığını sanıram. Köhnə Bakı yerində qalmalı idi, qoruq kimi, muzey kimi. Bu gün Bakı-Bakılqdan çıxıb. Plansız-uçotsuz xaotik bir yaşayış məskəninə çevirilib.

G.M 2018-10-17 08:00:46

E.Əzizov,hacıbalanın bir az gənc formasıdır..tamahları,iş metodları eynidir.Hacıbala yumorlu təlxək libası geyinmiş afyordu.

Emin 2018-10-17 08:00:46

Niyə mübahisə edirsiniz axı?... Açın Google Earth proqramını görün də kimin vaxtında tikilb...Azpolitika şəkillərə bax və dərc elə mümkünsə... Onda gözlərinizə inanmayacaqsız. Faktla danışmaq lazımdır

Sabir 2018-10-17 08:00:46

Bir qadın uşağı ilə tanışına qonaq gəlir.Ev sahibi onları otaqların birində yerləşdirir.Bu qadının uşağı hər gecə yatağı bulayır.Bir neçə gün belə davam edir.Axırda ev sahibi qonaqdan soru.ur ki, sənin uşağın xəstə deyil ki? Qonaq cavabında: " Nə qədər ki, siz iti pilləkanın dibinə bağlamısınız,uşaq yerini bulayacaq". İndi də bizdə nə qədər ki, Abutalşbov kimiləri vəzifə və imkanlı olacaq nəinki sürüşmələr ,hələ çox işlər baş verəcək.

Rəfael 2018-10-17 08:00:46

Indi sürüşgənlərin zəmanəsidir/.Yoxsa onu tutub deyən olardı ki, bu yalanı sübut et.Ondan sorğuedən olmdığından Hacıbala a həmişəki kimi sürüşür.Yoxsa onu Baş nazirə müavin qoyardılar?

Moshu (bu yazını verin) 2018-10-17 08:00:46

Qana bilmirəm ki,bu camaat bu Acı bəla kişidən nə istəyir? Bakıda pis nə baş verirsə, o günahkardır. Bakını su basırsa, ağac kəsilirsə o günahgardır. Yağışın günahı Ekologiya və Təbii sərvətlər Nazirliyindədir. Səndən soruşa lazımdır ay Nazirlik sənə yağış lazımdırmı? Şəxsən mənə lazım deyil, heç Acıl bəla müəllimə də lazım deyil. Bakıda ağacları qırırlar, məgər Bakı meşədir ki, ağac,kol-kos Bakının gözəlliyini korlasın, hələ asfalt məsələlərini demirəm. Bu kişilik simvolu bu hücumların hansına tab gətirsin? Bir yandan təbiət, bir yandan qədirbilməyən insanlarımız. Yazıq kişi fikrini toparlamamış torpaq sürüşməsi baş verdi. Bu kişini heç kimin gözü götürmür, Bəlkə Eldar Əzizovun işidir. Yox, buna da inanmıram. Torpaqdı dana, sadəcə olaraq onun da ayağı sürüşkəndir, söz-söhbət yaransın deyə, kişiliyə qiymət verməsinə görə yəqin ki, cadugərlər bəzilərinin paxıllığına görə bu əməli ediblər. Hötmətli, sayın baş baxan müavini heç vejinə də alma, cəmaətdir dana sadəcə olaraq sizə paxıllıq edirlər. Bakını su da basacaq, ağaclar qırılacaq, torpağın ayağı sürüşəcək, karvan da öz yolu ilə gedəjək, bıy, az qala hürənlər yadımdan çıxmışdı

Randa 2018-10-17 08:00:46

2000-ci ilə qədər orada tikinti olmayıb Hacıbala yalan danışır.O dövürdə 20-yə yaxın ev tikld evin sahibləri Bibi Heybət yaşayış massivində məcidin tikintis vaxtı vlə söklən insanlar iydi.Bu tikintidə zeytunluqda aparılırdı.Sürüşmə zonasında tikilən evlərin hamısıni Hacıbala iylə bələdiyə satıb. Hal-Hazırda orada yeri olub satan adamlar var ğörün sotu necəyədir.Elə yer var sotunu 45-min AZN satıblar.

Rufet 2018-10-17 08:00:46

.... yatani icra hakimi teyin edende bele olur.Sasag atir rehmetliyin boynuna.rehmetliyin vaxtinda olkede pul var idiki ele evler yox villalar tiksinler ?

Əli Vahabov 2018-10-17 08:00:46

Bəs bu ölkədə ciddi, savadlı,iş bilən,dürüst,təvazökar, qanuna hörmət edən, şəxsiyyətinə qiymət verən bir məmur yoxdur.Niyə bunlar işlərini və həyatlarını yalan,aldatma üzərində qurublar.Və nəhayət bu məmləkətin bir ciddi nəzarət orqanı niyə yoxdur ki, belə yalançı və rüşvətxorları layiqli yerində oturtsun.Milləti nə qədər aldatmaq,qanmaz yerinə qoynaq olar? Axı millətin aölı kəsənləri kifayət qədər vardır.Sadəcən....İnşaallah zaman gələr.

t.ədalət 2018-10-17 08:00:46

Torpaq sürüşməyinə sürüşür.Ancaq,hələlik Abutalıbov yoldaşı özüylə sürüşdürə bilmir...

Mirzə AĞ 2018-10-17 08:00:46

Şanqalan-qater aq Bava. oxlavı ater ay Bava - Künəvə bater ay Bava! Allah Rəfiyə (bu "misra"nın müəllifinə) rəhmət elısun!

Son yazılar