Bolqarıstan «Avroviziya-2019» musiqi festivalından imtina etdi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Bolqarıstan artistləri gələn il «Avroviziya» musiqi festivalında iştirak etməyəcəklər. Yerli televiziya bu qərarı vəsaitə qənaət məqsədi ilə qəbul edib.

Mahnı müsabiqəsi 14-18 may tarixlərində İsrailin paytaxtı Təl-Əviv şəhərində keçiriləcək.

«Bu qərar telekanalın rəhbərliyi tərəfindən həyata keçirilən «büdcənin optimallaşdırılması» tədbirlərinin bir hissəsi olub» - deyə, Bolqarıstanın «BNT» telekanalının mətbuat xidmətində izah ediblər.

2018-ci ildə «Avroviziya» müsabiqəsini İsrail müğənnisi Netta Barzilay udub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar