Mingəçevirdə gənc oğlan bıçaqlanıb

Axşam saatlarında Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib. "Report”un Şirvan bürosu xəbər verir ki, 1992-ci il təvəllüdlü Əliyev Xəyal Hidayət oğlu yaşadığı “Yeni Həyat” məcburi köçkün şəhərciyi ərazisində naməlum şəraitdə bıçaqlanaraq ağır xəsarət alıb.

Cəbrayıl rayonundan məcburi köçkün olan zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar