Ermənilər Qarabağda üçüncü yolu çəkmək istəyirlər

Bazar ertəsi Qarabağda Ermənistanla Qarabağ arasında üçüncü yolun tikintisinə dair müzakirələr keçirilib. Bu yol Araz çayı boyunca, yəni, Zəngilan, Cəbrayıl və Füzulidən keçməlidir.

Ermənistan KİV-in məlumatına görə, layihənin reallaşması ilə "Arsax Ruts İnvestment" (ARİ) investisiya şirkəti məşğul olacaq. Bundan əlavə, şirkət Laçın rayonunda 20, Kəlbəcərdə 50 mənzil inşa edəcək. Mənbənin məlumatına görə, ARİ-nin arxasında avstraliyalı ermənilər durur.

Bununla ermənilər bildirmək istəyirlər ki, Qarabağ ətrafındakı rayonları azad etmək niyyətində deyillər.

Xatırladaq ki, hazırda Ermənistanla Qarabağı Laçın və Kəlbəcər yolu birləşdirir.

Qeyd edək ki, layihə müzakirə edilən gün Ermənistan prezidenti Armen Sarkisyan da Qarabağa gəlib. (Turan)

635x100

Şərhlər

t.ədalət 2018-10-16 23:00:02

Nə qədər ki biz işğal altında olan öz ərazilərimizə bol silahlarımızdan atəş açmırıq,deməli,ermənilərə hər cür hərəkət etməyə özümüz şərait yaradırıq.Rusiya ilə yaxınlığın bədəli belə olur..

Son yazılar