Prezident Xanlar Vəliyevin oğluna yüksək vəzifə verdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Elşən Vəliyevin Ukraynanın Çerkassı, Kirovoqrad, Poltava və Vinnitsa vilayətlərini əhatə etməklə Poltava şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Elşən Xanlar oğlu Vəliyev Ukraynanın Çerkassı, Kirovoqrad, Poltava və Vinnitsa vilayətlərini əhatə etməklə Poltava şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilsin.

Xarici İşlər Nazirliyinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.

Ölkə başçısının fəxri konsul təyin etdiyi Elşən Vəliyev Azərbaycan Respublikası Baş prokurorunun müavini, Hərbi prokuror Xanlar Vəliyevin oğludur.

635x100

Şərhlər

Saleh 2018-10-16 23:58:28

Azərbaycanda dövlət müəssisələrində,orqanlarında və idarələrində işləmək üçün deputatlarının,yüksək vəzifəli məmurlarun,icra başçılarının,hüquq mühafizə orqanlarındakı yüksək vəzifəlilərin və hakimiyyətə yaxın qohumların evladları,qohumları olmalısan.Bu fakt doğrudurmu? Konkurs,imtahan və sairə quraşdırılır.

Cabbar 2018-10-16 23:58:28

Davam edir Vəliyevlər.

Son yazılar