ABŞ-ın büdcə defisiti 6 ilin rekordunu vurdu! - Yaxın illərdə 1 trilyon dollara çatacaq...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, 2018-ci maliyyə ilinin yekunlarına görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) federal büdcə defisiti 779 milyard dollara çatıb ki, bu da son 6 ilin ən yüksək göstəricisidir.

Bu barədə «Associated Press» agentliyi xəbər verib.

«2017-ci ildən sonrakı dövrdə defisit 113 milyard dollar artıb. Yaxın illərdə borc öhdəlikləri güman ki, pisləşəcək və Tramp administrasiyası gözləyir ki, 2019-cu ildə defisit 1 trilyon dolları adlayacaq» - xəbərdə belə deyilir.

Məsrəflər artıb, çünki Konqres hərbçilər üçün və daxili proqramlara daha çox vəsait ayırıb, o biri tərəfdən isə vergiləri azaldıb.

2017-ci maliyyə ilində ABŞ-ın büdcə defisiti 665,7 milyard dollar təşkil edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar