Türkiyədə dolların məzənnəsi 5,7 lirədən aşağı düşüb
Baxiş sayı:
Dərc olunub:
17/10/2018 - 10:41
Bu gün səhər saatlarından Türkiyədə ABŞ dollarının məzənnəsi 5,7 lirədən aşağı düşüb.
“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, banklararası valyuta bazarında Amerika valyutasının qiyməti bu il avqustun 10-dan bəri ilk dəfə 5,67 lirə ətrafındadır.
Türkiyədə avro da ucuzlaşmaqdadır. Hazırda qonşu ölkədə Avropa valyutasının qiyməti 6,55 lirə ətrafındadır.
Xatırladaq ki, türk lirəsinin bahalaşması ABŞ-dan olan rahib Andru Brunsonun məhkəmə zalından azadlığa buraxılmasından sonra başlayıb.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.