“Təhlükə rus dilindən yox, Zamirə Hacıyeva nümunəsindən gəlir...” – Sabiq deputat

“Rus dili ilə, rusdilli təhsillə bağlı müzakirə açanların həyəcanını, narahatlığını, bəzən də skeptik yanaşmalarını başa düşmək mümkündür. Ancaq bu gün Azərbaycanın müstəqilliyini rus dilindən yox, Zamirə Hacıyeva nümunələrindən qorumaq vacibdir”.

“AzPolitika.info”nun məlumatına görə, bunları keçmiş deputat, tanınmış YAP-çı Alqış Müsayev bugünkü “Facebook” statusunda yazıb.

O, statusunun ardında yazır: “Əlbəttə ki, Zamirə Hacıyevanın şəxsiyyəti heç bir halda təhqiqat obyekti olmamalıdır. O, xanımdır, anadır, bacıdır, həyat yoldaşıdır.

Onun təqdim etdiyi (və ya onun timsalında təqdim olunan) nümunə çox pis və qorxuludur. Belə faktlar sadə Azərbaycan vətəndaşının milli dövlətçilik, müstəqillik haqqındakı bütün mərhəm təsəvvürlərini, səmimi duyğularını, ümidlərini alt-üst edir, xarabalığa çevirir. Çünki sadə, orta statistik göstəriciləri daşıyan azərbaycanlının hadisələri qlobal kontekstdə təhli etməyə vaxtı, həvəsi və imkanı yoxdur.

Belə xəbərləri eşidən vətəndaş dərhal düşünür ki, biz bəyəm buna görə müstəqil olmuşuq ki, kimsə 109 milyonu oğurlayıb xaricə getsin və oturub gündə bir şüşəsi 3000 dollarlıq şərab içsin?!

Rus dili bizə, bizim milli əxlaqımıza və dövlətçilik düşüncəmizə heç vaxt belə ağır travmalar yaşatmayıbdır...”

V.NƏSİBOV

635x100

Şərhlər

Вугар 2018-10-17 20:20:54

Двуличный тип. Значит вор не может быть матерью, женой, чьей - то сестрой, ханумой по азербайджански ( госпожой по сути этого слова, но женщиной в понимании автора). Что за глупость и лицемерие! Она умеет жить и завидуйте. Деньги то не ваши

Aktual 2018-10-17 20:20:54

Ay Alqış bəy,Siz elə bilirsiniz Zamirə təkdir? Elə tutmusunuz ondan.Ucunu qoyub ucuzluğa gedirsiniz.Guya digər vəzifəlilərin pul xərcliyən,min oyundan çıxan qadınları yoxdur? niyə onların adını çəkə bilmirsən?Yıxılana balta vuran çox olar.

Helime 2018-10-17 20:20:54

Rus dilinin ne respublikanin inkishafina, ne milli mentalitetimize bir maneachiliyi yoxdur. Qonshu olkelerin vetendashlari( misal uchun, gurculer), rus dilinden imtina edibler. Ag gune chixiblar? Rastlashanda, iki kelme izah etmek olmur onlara. Ne rus dilini bilirler, ne ingilis kimi ingilis dilini bilirler. Kechibler jest ile danishiga. Bunun neyi yaxshidir? Biz istedik, istemedik, dunyada ingilis, ispan, chin dili hokmranliq edir. Birde slavyan dili qrupu kimi rus dili.

Helime 2018-10-17 20:20:54

Azerbaycan vetendashi rus mektebinde oxuyub, azerb dilini bilmirse- bu ayibdir. Respublikanin erazisinde yashayan ve ishleyen her kes dogma dilini bilmelidir. Maraqli odur ki, niye ovladlarimiz ingilis, fransiz dilinde oxuya biler ve bu sese- kuye salinmir, amma rus mektebleri ve dili etrafinda ajiotaj bitmir. Ele illerdir, mueyyen quvveler rus dilinin tebligine mane olmaq isteyir.3 million hemyemlerimiz rusiyada yashayir. Hech olmasa, getmek isteyen normal danisha bilsin, gulunc vez- de qalmasin.

t.ədalət 2018-10-17 20:20:54

Alqış müəllim, dövlətçiliyimizi parçalayan,bizi soyqırıma məruz qoyan,ərazilərimizi və bütövlüyümüzü dağıdan,dinc adamlarımızı və əsgərlərimizi məhv edən və məhv etməkdə olan Rusiya deyilmi?Rus dili rus kəşfiyyatı deməkdir.Bu dildə danışanların say artımı işğalçı Rusiyanın və onun türk öldürən qolu olan ermənistanın xeyrinədir.O ki qaldı Zamirə Hacıyevaya,o tək deyil.Səlim Müslümov da maliyyə oğrusu idi,nazir qoymuşdular.Zamirənin oğurladıqlar təh-li deyil.Təhlükəli Rusiyaya və erməniyə xidmət edənlərdir..

Son yazılar