Səməd Vurğun küçəsində yol sürüşüb

"Səməd Vurğun küçəsinin 60 metr uzunluğu, 3 metr enində sürüşmə qeydə alınıb".

Bunu "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, AAYDA-nın əməkdaşları sözügedən ərazidə olublar, ilkin baxış keçirilib: "Müəyyən olub ki, həmin ərazidə pilot layihə əsasında yeni bina inşa edilir. Qazıntı işləri aparılarkən yolun dayanıqlığı və geoloji işlər aparılmadan tikinti işləri həyata keçirilib. Yolun sürüşməməsi üçün divar qurulmalıydı. Nəticədə yağış yağarkən sürüşmə qeydə alınıb. Hazırda əraziyə dəymiş ziyanın məbləği ilə bağlı araşdırma aparılır. Tikinti aparan şirkət yola dəymiş ziyanı ödəyəcək. Bundan başqa, AAYDA sözügedən ərazidə bərpa işlərinə başlayıb".

635x100

Şərhlər

buzlaq 2018-10-17 14:07:46

Görün nə dərəcədə inkişaf etmişik. Yolun kənarında bina tikilir (pilot) svay vurulmur, Badamdarda torpaqlar satılır camaat ev tikir kanalizasiya çəkilmir. Sonra da deyirik ki, qonşular baxıb "bizə paxıllı edirlər, gözləri götürmür". Bu qədər də yox da bəə, Adabədə məllim!!

Son yazılar