"Sürüşmə zonasının sağ və sol hissəsində çatlar əmələ gəlib" - Əziz Qaralov

"Bakının Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarında sürüşmə zonasının sağ və sol hissəsində xırda çatlar əmələ gəlib. Hazırda gərginlik davam etməkdədir".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O qeyd edib ki, yaxın bir-iki aya prosesin başa çatacağı gözlənilir: "Bu gün yağan yağış da sürüşməyə təsir edib, xırda uçqunlar olub. Hazırda müşahidələrimiz davam etdirilir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar