"Nə çəkdiyimi bir Allah bilir" - Eldar Mahmudovun şərikinin məhkəməsi olub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Sahib Ağayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. "Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, zərərçəkmiş qismində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Vergilər Nazirliyi tanınıb.

Hakim bildirib ki, həm DTX, həm də nazirlik mülki iddia qaldırıb. Daha sonra təqsirləndirilən şəxsin vəkili Türkel Sülüymanlı vəsatət qaldırıb. O, müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyib.

S.Ağayev də vəkili ilə razı olduğunu və azadlığa buraxılmasını xahiş edib: "Bu günə qədər nə çəkdiyimi bir Allah bilir".

Vəsatət təmin edilməyib. Məhkəmənin baxış iclası oktyabrın 24-nə təyin edilib.

Qeyd edək ki, S.Ağayev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilir. O, 30 milyon manatdan artıq pulu mənimsəməkdə təqsirli bilinir.

Xatırladaq ki, S.Ağayev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun iş ortaqlarından biri olub.

Mətbuatda yer alan məlumatlara görə, S.Ağayev Qazaxıstanda saxlanılaraq Bakıya gətirilib.

Bu cinayət işi üzrə E.Mahmudov istintaqda şahid qismində ifadə verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar