AMEA-nın həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşları artırıldı

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncam Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinə dövlət qayğısını artırmaq, onların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək məqsədi daşıyır.

Sərəncamla 2018-ci il noyabrın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 1200 manat məbləğində müəyyən edilib.

635x100

Şərhlər

Asəf 2018-10-17 18:11:59

Görəsən, AMEA-nın minlərlə adi əməkdaşlarının dövlət qayğısına, sosial müdafiəsinə ehtiyac yoxdurmu? Siyahı üzrə akademik və ya müxbir üzvü təyin edilmişlərin addımbaşı maaşlarının artırılması ədalətsizliyin, ayrı-seçkiliyin bariz ifadəsidir. Üstəlik də, bu saxta elmi elitanın tərkibində əsl alim adına layiq olanlar tək-təkdir. Bu cür diskriminasiya yaxşı bir şey vəd etmir, xalqı və ölkəni məhvə aparır.

Asim 2018-10-17 18:11:59

Çox haqsız sərəncamdır.Çünki dünən elmlər doktoru olub, bu gün akademik olan adamın maaşını birdən-birə 12-15 dəfə artırılıb.Halbuki son 15 ildə siçilən akademiklərin elmi səviyyəsi, digər əksəriyyət elmi işçilərin səviyyəsindən 10 dəyə aşağıdır.

Son yazılar