AFFA "Sumqayıt"ın məşqçisini qismən bağışladı

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Trend-in məlumatına görə, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

- “Sumqayıt” FK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Premyer Liqanın V turu çərçivəsində 23 sentyabr 2018-ci il tarixində keçirilmiş “Keşlə” – “Sumqayıt” oyununda qeydə alınmış qayda pozuntusuna dair “Sumqayıt” FK-nın məşqçisi Anton Dioçenko barədə AFFA İntizam Komitəsinin 25 sentyabr 2018-ci il tarixli qərarı qismən dəyişdirilsin. “Sumqayıt” FK-nın məşqçisi Anton Dioçenkonun aqressiv davranış və hakimə qarşı fiziki təsir göstərdiyinə görə cəzalandığı oyun sayı 10-dan 5-ə, klubun barəsində 8000 manat məbləğində müəyyənləşdirilmiş cərimə isə 4000 manata endirilsin.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar