Bakıda 50 yaşlı qadın itkin düşdü

Dərc olunub: 17/10/2018 - 19:27

polis_idaresi_201015 (1)Bakıda 50 yaşlı qadın itkin düşüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 523-cü məhəllə, ev 47-də yaşayan, 1968-ci il təvəllüdlü Bəşirova Zülfiyyə Vəlibəy qızı oktyabrın 7-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsində araşdırmalara başlanılıb.








loading...


Fikrinizi bildirin