OPEC artıq neft qiymətlərindən danışmayacaq

Dərc olunub: 17/10/2018 - 19:43

opec observer azOPEC üzv dövlətlərini neft qiymətlərindən söhbət açmamağa çağırıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb ABŞ tərəfindən antiinhisar xarakterli iddianın sürülməsi ehtimalıdır.

OPEC-ə yaxın mənbələrə görə, iyul ayında təşkilatın ali rəhbərləri Vyanada beynəlxalq hüquq məsələlərində ixtisaslaşan “White & Case” təşkilatının nümayəndələri ilə görüşərək NOPEC qanun layihəsini müzakirə ediblər. Həmin görüşdə qarşı tərəf OPEC rəhbərlərinə neft qiymətləri məsələsinin açıq müzakirəsindən yayınmağı, daha çox neft bazarının dayanıqlı olmasından bəhs etməyi tövsiyə ediblər.

Bununla yanaşı, OPEC təmsilçilərinə ABŞ-da təşkilata qarşı yönələn NOPEC (No Oil Producing and Exporting Cartels Act) qanun layihəsinin qəbulunu əngəlləmək üçün diplomatik lobbiçilik kanallarını araşdırmaq məsləhət görülüb. Eyni tövsiyələr 1 avqust tarixində OPEC Katibliyi tərəfindən üzv ölkələrə göndərilən məktubda da yer alıb.

NOPEC qanunu qüvvəyə minsə, ABŞ dünya neft bazarında hər cür qiymət dəyişikliyinə görə OPEC-i məhkəməyə vermək üçün hüquqi əsas əldə edəcək.


loading...




Fikrinizi bildirin