Ərdoğan və Pompeo 40 dəqiqə danışıblar - Ankara aeroportunda

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo Türkiyəyə işgüzar səfərə gəlib.

Gələn kimi, Ankara aeroportunda dövlət katibi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Türkiyə prezidenti Moldovaya uçmağa tələsirmiş.

KİV-in məlumatına görə, danışıqlar 40 dəqiqə çəkib.

Ehtimal olunur ki, tərəflər jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda mümkün öldürülmə işi üzrə araşdırmaları, amerikalı pastor Endryü Bransonun azad edilməsini, Suriyadakı situasiyanı müzakirə ediblər.

Bu arada, ABŞ prezidenti Donald Tramp Qaşıqçının «itməsi»nə görə, Səudiiyə Ərəbistanı hakimiyyətinə yönəlik tələsik nəticələr çıxarmamağı tövsiyyə edib.

«Düşünürəm ki, ilk olaraq biz, aydınlaşdırmalıyıq - nə baş verib? Burada, bilirsinizmi, yenə iş belədir: əksi sübut olunana qədər siz, günahkar sayılırsınız. Mənə isə belə yanaşma xoş gəlmir» - deyə, «The Associated Press» agentliyi Trampdan sitat gətirir.

Xəbər verildiyi kimi, jurnalist Qaşıqçı oktyabrın 2-də Türkiyədə öz ölkəsinin diplomatik missiyasına daxil olub və yoxa çıxıb. Jurnalist öz ölkəsinin hakimiyyətinə qarşı müxalifətdə olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar