Qubada yük maşını aşıb, ölən var - FOTO

Dərc olunub: 17/10/2018 - 21:37

b8209d02-fdd7-437f-945d-48c67d5fa2aaQubada yük maşını aşıb.”Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Təngə meşəsi ərazisində baş verib.
Təngəaltı kəndin sakini Xalid Abidovun idarə etdiyi yük avtomobili ilə dağlıq relyefli meşədə hərəkətdə olarkən odun yükü ilə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin Xüsusi Riskli Xilasetmə Qrupunun canlı qüvvəsi və texnikası cəlb edilib.
Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü xilasedicilər tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


loading...




Fikrinizi bildirin