Kanadada marixuananın leqal satışı start götürdü!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Kanadada bu gündən başlayaraq, marixuana leqallaşıb. Ölkədə bu narkotikin rekreasion məqsədlər üçün istifaləsi və saxlanması barədəki qanun fəaliyyətə başlayıb.

İyun ayında senatorlar uyğun qanun layihəsinə səs veriblər. Bu sənədə görə, oktyabrın 17-dən başlayaraq, bu narkotik maddə 18 yaşı tamam olmuş şəxslərə satıla biləcək.

Kanadalılar bu maddənin 30 qramını xüsusi lisenziyası olan dükanlardan ala biləcəklər. Bundan başqa, bitkinin ev şəraitində yetişdirilməsinə görə, insanlar təqib olunmayacaqlar - yalnız 4 vahiddən artıq olmamaq şərtilə.

Məlumat üçün bildirək ki, Kanadada tibbi marixuana hələ 2001-ci ildə leqallaşdırılıb.

«BBC News»-in xəbərinə görə, Kanada dünyada Uraqvaydan sonra bu narkotikdən istifadənin tam leqallaşdırıldığı ikinci ölkə oldu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar