QƏDDAFİ NİYƏ ÖLDÜRÜLÜB? - Yeni versiya

Onu kobudluğuna görə «sifariş» ediblər?

«Yaxın Şərq İnstitutu» elmi mərkəzinin (Rusiya) prezidenti Yevgeni Satanovski hesab edir ki, Liviya lideri Müəmmar Qəddafini kobud sözlərinə görə öldürüblər.

Ekspertin fikrincə, Qətərin eks-əmiri Hamad bin Xəlif Əl Taninin ünvanına onun sonuncu təhqiri «son damla» rolunu oynayıb.

Satanovskinin sözlərinə görə, Qəddafi Əl Taninin ünvanına ərəb dünyasında yolverilməz və bağışlanmaz sayılan ifadələr işlədib.

«Qəddafini ona görə, öldürdülər ki, o, kobud idi və ilk növbədə öz ərəb həmkarlarına qarşı kobudluq edirdi. Məsələn, ərəb dövlətləri liqasının sonuncu sammitində - demək olar, iki metr boyu və 200 kiloqrama yaxın çəkisi olan Qətər əmiri Həmad bin Xəlif Əl Taninin də iştirak etdiyi sammitdə - Qəddafi ona baxıb, hamının eşidəcəyi tərzdə deyib: «Mənim qardaşım, sən elə piylənmisən ki, sənin künən artıq bu qızıl kresloya sığmır. Sən, «barrel»lə - neft dolu boçkaya oxşayırsan». Əmir göyərib, ağarıb, qorxunc görkəm alıb. Bu, təhqirdir. Bundan sonra Qəddafini öldürdülər!» - deyə, Satanovski «Zvezda» telekanalının «Öz aramızda» proqramının efirindən bildirib.

Ekspertin izahına görə, məhz ərəb həmkarlarının ünvanına səsləndirdiyi kobud və çoxsaylı təhqirlərinə görə, Liviya lideri məhv edilib.

«Məhz ərəb həmkarlarının ünvanına səsləndirdiyi ağır və fasiləsiz təhqirlər, o cümlədən, sonuncu epizodda Qətər əmirinin ünvanına söylədiyi təhqir həmin «tətik» rolunu oynayıb. Çünki ərəb dünyasında belə şeyləri bağışlamırlar» - Satanovski qeyd edib.

AzPolitika.info

635x100

Şərhlər

Veteran 2018-10-18 00:59:47

Obsurd aciqlamadir! Bunu hami bilir ki, Qeddafini dollara alternativ qizil pul buraxmaq ideyasina gore aradan goturduler.

G.M 2018-10-18 00:59:47

Qəddafi ona görə öldürüldü ki,BMT-də həmkarları olan ərəbləri ABŞ-a nökərçilik etməməyə səslədi.Və hər birini Səddamın aqibəti gözlədiyini bəyan elədi.

Son yazılar