Tramp Türkiyədəki səfirliyi bağlamağı planlayırmış – Pompeo çəkindirib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp ölkəsinin Ankaradakı səfirliyini bağlamağı və Türkiyədəki bütün diplomatlarını geri çağırmağı planlayırmış. Prezident, amerikalı pastor Bransonun həbsi ilə əlaqədar olaraq, bu addımı atmağa hazır imiş.

«ABC» telekanalı Ağ Evdəki mənbəyə istinadla xəbər verir ki, Tramp ştatların Türkiyədəki diplomatik nümayəndəliyinin bağlanması barədə tapşırıq da veribmiş.

Dövlət başçısını bu təklifini dövlət katibi Mayk Pompeo tənqid edib. O, Trampı inandırıb ki, belə tədbir Türkiyə ilə - ABŞ-ın NATO üzrə açar müttəfiqi ilə - münasibətlərdə fəlakətə gətirib çıxarar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar