MİLYONLARLA DOLLAR DÖVLƏT MƏMURUNUN QOLUNDA... - Korrupsiyanın ifşası + FOTOLAR

Senator Makkeyn niyə  Anar Məmmədovu bir daha onun yanına buraxmamaq barədə göstəriş verib?

Bir neçə gün əvvəl virtualaz.org

R.Aslanlının hədsiz ambisiyalarını orta əl məmurunun orta əsr aristokratiyasını yamsılayan şəxsi ailə gerbi yaratması da təsdiq edir. R.Aslanlının şərabının etiketini nərdivana dırmaşan gənc şirin təsvir olunduğu həmin gerb bəzəyir.

Rüfət Aslanlının korrursiyaya qurşandığına və cah-calala sevgisinə virtualaz.orq-a məlum olan yeni faktlar da şahidlik edir: internetdə əlçatan bütün rəsmi şəkillərdə bu məmurun qolunda dəyəri milyonlarla dollarla ölçülən bahalı saatlar var.

Virtualaz.org- un redaksiyası ekspertlərin köməyi ilə kiçik araşdırma aparıb və aydınlaşdırıb ki, Rüfət Aslanlısının təkcə ictimaiyyətə nümayiş etdirdiyi saatların ümumi dəyəri milyonlarla dollarla ölçülür.

CBS telekanalına müsahibələrinin birində məmur kamera qarşısına Parmigiani Fleurier Kalpa-nın qiyməti 50-150 min dollar arasında dəyişən saatı ilə çıxmışdı.

Maliyyə Bazarlarına Nəzarət Palatasının iclasından çəkilmlş başqa şəkildə Rüfət Aslanlının qolunda Tourbillon-un 200 min dollar dəyəri olan saatını görmək olar.

Rüfət Aslanlı şəxsi iş kabinetində kamera qarşısında Patek Philippe Nautilus-un 53 min dollar dəyəri olan daha bir unikal saatını göstərir. Rüfət Aslanlının Vacheron Constantin Perpertual-dan olan başqa bahalı saatının qiyməti isə 88 min dollardır...

Şübhəsiz, bu gün lüks saatlar onların sahibinin sosial statusunun markeri funksiyasını yerinə yetirir. Bahalı saat bahalı maşın kimi, hakimiyyətin və onun imkanlarının statusunun simvoluna çevrilib. Halbuki mədəni ölkələrdə belə şeylərdən çoxdan imtina ediblər. Bütün bunlar orada zövqsüzlüyün və Allahlıq iddiasının əlaməti hesab edilir.

Bu yerdə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun vaxtilə ABŞ-da lobbi fəaliyyətini həyata keçirən oğlu Anar Məmmədovla bağlı bir hadisəni xatırlatmaq yerinə düşərdi. Azərbaycan-Amerika İttifaqı təşkilatının başçısı olaraq, bir dəfə o, əfsanəvi senator Con Makkeynlə görüşməli imiş.

Bu cavan da cah-calala və çox bahalı saatlara sevgisi ilə məşhur idi. Əhəmiyyətli görüşdən əvvəl tanıyan insanlar nazir oğluna məsləhət görüblər ki, öz bahalı saatını çıxarsın və əvəzinə 20-30 dollarlıq adi bir saat taxsın. Məsələ ondadır ki, senator Makkeyn cah-calalın nümayişinin istənilən formalarına ikrahla yanaşırdı.

Amma Anar Məmmədov məsləhətləri, tövsiyələri dinləməyib. Və... uzun sürməyən görüşdən sonra senator "bu məmur oğlunu" bir daha onun yanına buraxmamaq barədə göstəriş verib.

Bəli, bahalı saatlar sahibləri ilə qəddar zarafat edə bilərlər. Xüsusilə əgər onların əldə olunmasına xərclənən pulların mənşəyini izah edə bilmirlərsə. Maraqlıdır, Rüfət Aslanlı bunu edə bilərmi?

Çünki ədalətli sual yaranır: orta əl məmurunda milyonlarla dollarlıq saat kolleksiyası haradandır? Özü də ölkənin maliyyə sektorunun böhrandan sonra təzəcə düzəlməyə başladığı bir dönəmdə!

635x100

Şərhlər

İqtisadçı 2018-10-18 00:03:57

Ölkədə nazir yüksək və ciddi vəzifədir.Baxın görün,belə məsul vəzifələrə kimlər təyin olunur? Təyin olunanların 98 faizinin ixtisası,diplomu,təyin olunana qədər tutduğu vəzifə,iş təcrübəsi.stajı, idarəetmədə stajı və bu kimi keyfiyyətlərə malik müxtəlif qollarla qohum,Yeraz,yerli, bir regionlu,hakimiyyətə müxtəlif yollarla yaxın olan şəxslər təşkil etdiyi sirr deyil.Ona görə də bütün sahələrdə axsamalar,qanunsuzluqlar nəzərə çapır.

S.Ənvərqızı 2018-10-18 00:03:57

Mən bilmək istəyirəm,təyin olunan gənc nazirlərin hansı öz xidmətləri ilə cənab Prezidentin etimadını doğruldub? Hamısı sabiq rəhbərlərin ölənlərinə rəhmət oxutdururlar. İşdən azad olunan məmurların,yerinə elə məmur təyin olunmalıdır ki, sabiq rəhbərləri vətəndaşlar arzulamasın,ancaq əfsuslar olsun ki, indiki nazirləri görüb,sabiq nazirləri axtarırıq. Misal üçün:- Rabitə Naziri uzun müddətdir ki,mənim şikayətimə baxmaq əvəzinə,şablon xarakterli cavab verməklə məşğuldurlar..Bu səbəbli sabiq naziri axtarırıq

Parviz 2018-10-18 00:03:57

Gənc kadrlar irəli cəkilsin deyilir.Gənclərə vəzifə verən kimi dövlət strukturunda özlərinin özəl strukturu kimi işlədir,qanunsuz vəsait taplayır,sonrada vəzifəsində nğqsana görə işdən azad olunur.Bununla hər iş bitir.Ona görə də hamı dövlət məmuru olmaq istəyir.Hesabatlıq olmayan yerdə məsuliyyət ola bilməz.

sevda agakiwiyeva 2018-10-18 00:03:57

ne bunda, ne rehmetlik ziyanin liliput oglunda 1 qram xarizma yoxdu)pulnan alinasi deyil axi)

2+2=4 2018-10-18 00:03:57

Düşünürəm adamın qolundakı saatların sayından daha çox belə vəziyyətin yaranma səbəblərinin araşdırılması daha əhəmiyyətlidir: 1. Palatanın banklar üzərində tam və məhdudiyyətsiz nəzarət imkanlarına malik olması. Sızan məlumatlara görə tədqiq olunan sonuncu rüşvət faktı 6 rəqəmli olub; 2. Palatanın hazırki şəkildə heç bir əhəmiyyət daşımaması. Əgər az-çox savad sahibi ağzını ayırıb yuxarıya baxan, heç bir fəaliyyəti olmayanla əvəzlənirsə və bu Palatanın fəaliyyətində heç cürə əks olunmursa, Palata lazımsız qurumdur. 3. Azərbaycan şəraitində kommersiya banklarının fəaliyyətinin tənzimlənməsinin mərkəzi bankdan alınması və müstəqil qurum şəklində fəaliyyət göstərən Palataya verilməsi. Banklar iqtisadiyyatın əsas qurumu, iqtisadi fəaliyyətin təmin ediciləridir. Fikir verin bir tərəfdə sabitlik, iqtisadi fəallıq üçün cavabdeh olan mərkəzi bank, digər tərəfdə banklarda sabitliyi ancaq məhdudiyyətlərin sərtləşdirilməsi ilə reallaşdıran Palata. Əgər Palatanın sərt məhdudiyyətlər şəklində təmin etdiyi sabitlik iqtisadi fəaliyyəti məhdudlaşdırırsa buna heç kim mane ola bilməz; 4. Ölkədə bank sisteminin tənzimlənməsi üzrə mütəxəssislərin azlığı. Mərkəzi bankdan başqa heç bir qurum (!!!) bankların tənzimlənməsi üzrə prudensial normativləri əsaslandırıb, dəyişdirə bilməz. Palatada bir nəfər tapılmazki, banklarda valyuta mövqeyi, kapitalın yetərliyi, likvidlik əmsalı və s, və s. bu kimi onlarla göstəricini əsaslandıra bilsin. Halbuki bu göstəricilər bank sektorunun səmərəli fəaliyyəti və inkişafı üçün həlledici əhəmiyyət daşıyır. NƏTİCƏ: Əgər heç nəyə məsuliyyət daşımadığın halda tam və məhdudiyyətsiz hakimiyyətə maliksənsə nəticəsi belədə olmalıdır.

Elman 2018-10-18 00:03:57

BU TALANÇI MƏMURLAR ONA GÖRƏ HƏBS EDİLMİR,CƏZALANMIRLAR Kİ, ONLAR OĞURLADIQLARI MİLYARDLARDLARI BİR YERDƏ OĞURLAYIB BÖLÜŞDÜRÜBLƏR. HƏRƏNİN VƏZİFƏSİNƏ İŞİNƏ GÖRƏ ÖZ FAİZİ OLUB, YOXSA İNDİ ACINDAN ÖLƏNİN BİRİ 100 MANATLIQ NƏ İSƏ OĞURLAYANDA TUTUB ATIRLARLAR İÇƏRİ. BU KORRUPSİONER TALANÇI MƏMURLARI YUXARIDA YAZANLAR KİMİ ANCAQ ALLAHIMIZ CƏZALANDIRSIN. ONLAR ÖLKƏNİ TAM ZƏBT EDİB ÖZƏLLƏŞDİRİBLƏR, BİZİM ONLARA GÜCÜMÜZ ÇATAN DEYİL. O BİR ALLAH ÖZ GÜCÜNÜ ONLARA GÖSTƏRƏR İNŞALLAH.

Moshu 2018-10-18 00:03:57

L-ədalətə əlavə-yə. Sizə Sıudiyyə Ərəbistanından olan jurnalistin taleyi yəqin ki, məlumdur. Heç bir jurnalisti qınamaq lazım deyil. Hər bir jurnalistin həyatı tək Azərbaycanda deyil bütün dünyada təhlükədədir. Sizin cürətiniz çatırsa, bundan zəif yazı yazın.

Xəlil 2018-10-18 00:03:57

TALANÇILAR ÖLKƏNİ,XALQIN MALINI OĞURLAYIB KEF ÇƏKİRLƏR. DUR DEYƏN YOXDUR. BU ÖLKƏDƏ RÜŞVƏT ALANI,TALANÇILARI,CİNAYƏTKARLARI HƏBS ETMİRLƏR. ƏKSİNƏ BELƏ OLMAYANLARI CƏZALANDIRIRLAR. BUNLARIN QARŞISINI BİR ALAN OLACAQMI,YOXSA BİZ ELƏ TALANATALANA GEDƏCƏYİK DALANA?

Cəlilabadlı 2018-10-18 00:03:57

Belə hallar Azərbaycanda kadrların seççlməsində uzun illərdən bəri davam etməkdə olan qohumbazlıq,yerazbazlıq,yerlibazlıq,rüşvət hallarına üstünlük verilməsinin nəticəsidir.Bunun təsdiqi təyin olunan kadrların tutduqları vəzifəyə uyğun ixtisasa,təcrübəyə,biliyə malik olmadıqlarını da göstərmək olar. Aslanlı da müstəsna deyil.

L-ədalətə əlavə 2018-10-18 00:03:57

Alqışin sifarişli yazıları ilə özünü gündəmdə saxlamağa çalışması hamıya bəllidir. Ancaq ehtimal ki,hələ də anlaya bilməyib ki, millət onu artıq tanıyıb.... Zamirə kişik balıqdır.Cürəti varsa balinalardan ,yazıb ortaya çıxarsın.Onda cürət varmı ki,Ziya,Fazil Məmmədovlardan, İbrahimovlardan,Müslümovdan və digərlərindən yazsın?

Moshu 2018-10-18 00:03:57

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu 2004-cü il 13 yanvar tarixdə qəbul edilmişdir. Həmin qanunun 5-ci maddəsində göstərilmişdir ki, vəzifəli şəxslər mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri, vergitutma obyekti olan əmlakı, kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri, şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı, şərti maliyyə vahidinin beş min misli miqdarından yuxarı olan borcu və nəhayət şərti maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatları təqdim etməlidirlər. Qanunun qəbulundan 14 ildən artıq müddət keçib. Ölkə başçısı 2004-cü il 3 mart tarixdə Qanunun tətbiq edilməsi barədə sərəncam imzalayıb. Gəlin görək Qanunun bu maddəsinin tələblərinə əməl edilibmi və ümumiyyətlə bu sahədə hansı işlər görülmüşdür? Birmənalı qeyd etmək olar ki, heç bir iş görülməyib. Təsadüfən əlimə “The Washington Post” qəzetinin 2001-ci il 25 fevral tarixli qəzeti düşdü. Qəzetin üz qabığında “Parade. What people earn. A special report” “Kim nə qədər qazanır. Xüsusi buraxılış yazılmışdır. Qəzeti vərəqləyəndə ölkə başçısı Corc Buşun illik gəliri 400.000 ABŞ dolları, senator Hillari Klintonun illik gəliri 8.1 milyon dollar, Dövlət katibi Kolin Pauelin illik gəliri 161.200 ABŞ dolları, hətta məşhur artist Bryus Uillisin illik gəliri 54.4 milyon ABŞ dolları göstərilmişdir (ingilisdillilər internet vasitəsilə tanış ola bilərlər). Bəs bizdə nə baş verir? 1500-2000 manat məvacib alan dövlət adamı ayda 50.000-100.000 manat xərcləyir, bu maaşa 200.000-300.000 manatlıq maşın alır, 5-6 milyonluq villa tikir. Görünür onların maaşı aşıb-daşır, möcüzələr yaradır. Bütün bunlar cəzasızlıq mühiti yaradır, vətəndaşlarımız arasında uçurum yaranır, bu da insanların bir-birinə nifrətinə səbəb olur. Yazılası, deyiləsi çox şeylər var. Bizim insanlarda prinsipiallıq demək olar yox dərəcəsindədir. Mafioz, rüşvətxor, dələduz vəzifə sahibi hörmət sahibidir, məclislərimizin başında əyləşdirilir, ziyalımız isə səfil günündədir. Ölkə başçısı dəfələrlə qeyd etmişdir ki, bütün neqativ hallar barədə müvafiq orqanlara məlumat versinlər. Görünür ki, maariflənmə hələlik lazım olan səviyyədə deyil. Rüfət Aslanlıya gəldikdə isə onu qeyd etmək istərdim ki, onun başı doğrudan da dəyərli başdır, qolundakı saatlar da, istehsal etdirdiyi şərablar da, sürdüyü bahalı maşınlar da, aldığı məvacib də onun biliyinin qarşısında çox cılız görünür. Sadəcə olaraq mənim ona yazığım gəlir. Bir şahlıq quşu onun başına qonmuşdu. Ölkə başçısı ona böyük etimad göstərmişdir, o etimadı doğrulda bilmədi, yazıqlar olsun. Bu özbaşınalıqların bir səbəbi var – qanunların yazıq, yetim, yesir vəziyyətində olması. Hər kəs öz əməlinə görə cavab verməlidir. P.S. Saytdan xahişim ondan ibarətdir ki, şərh qrafasında oxuculara daha çox yer ayırsınlar. Ağlabatan yazı olmayanda heç yer də verməsinlər

NURəddin 2018-10-18 00:03:57

Müəllifinə peşəkarlığına görə dərin minnətdarlığımı bildirirəm. Kiçik bir yazı ilə tipin bütün mənəvi mahiyyətini açıb ortaya qoyub. Bu həm də publisistikadır ki,bu gün məhz, belə yazarlara cəmiyyətin ehtiyacı var. DƏBDƏBƏ DOĞRUDAN DA ƏXLAQSIZLIQDIR.Ancaq mən istəməzdim ki, rüfətlər, anarlar bunu anlasın. Çünki onlar elə insan nəslindən kənarda_əxlaqdan uzaq, dəbdəbənin əsarəti altında yaşasalar yaxşıdır. Onlar elə pis olaraq qalsalar yaxşıdır.

SUAL 2018-10-18 00:03:57

Ramil Usubov, Zakir Qaralov, Medet Quliyev, NIYE, OQRU-KORRUPSIONER Rüfət Aslanlıni TECILI HEBS ETMIRSINIZ ?

Millikişi 2018-10-18 00:03:57

Kim deyə bilər R.Aslanlı hansı oliqarxın çevrəsinə aiddir? Özünə 65000 m.maaş yazan, cəmiyyətə, dövlətə var-dövləti ilə göz dağı verən bu adamın elə fövqəladə əhəmiyyətli bir vəzifəyə təyin olunmasına təqdim edən Əjdaha m-m kimdir? Yəqin bilənlər bilir və ad çəkməyə qorxurlar. Görəcəksiniz 1-2 aydan sonra Aslanlı başqa mühüm vəzifəyə təyin olunaraq cəmiyyətə yana-yana qal mesjı veriləcək. Odur ki,........!

vekil 2018-10-18 00:03:57

duzdur jurnalistler bir az bezek vurub lakin onun ozu gunahkardir gerek bele etmeye saat vurmaqla bahali serab icmekle brend masin surmekle insana qiymet vermirler!!!qiymeti veren insanlar bilirler onun deyerini ve qiymetini der ona gore verirler bizde ise pakazuxaliq bas ajib gedir bir nov heyvanat alemine oxsar bir sehne yaranib ogurla dagit aradan cixx...

Veteran 2018-10-18 00:03:57

P.S. Ve yaxud mewhur aftafa meseli!

Veteran 2018-10-18 00:03:57

Gormemiwliyin daha bir bariz numunesi!

Oxucu 2018-10-18 00:03:57

Saatlarını gizletmishdi, vezifeden gedenden sonra gordunuz?)) O biriler metroyla, avtobusla gedir, birce bu mashinla?)

t.ədalət 2018-10-18 00:03:57

Alqış müəllim bu yazını oxusa,görər ki,problemlər Zamirə Hacıyeva ilə bitmir.Hansı məmuru tərpədirsən,altından maliyyə oğurluğu və b.dələduzluqlar çıxır.Fazil Məmmədov,Səlim Müslümov,Səfər Əbiyev,..hansını deyək?

Gedebeyli 2018-10-18 00:03:57

Bunin bu qederi varsa Bax 18 nadir 20 il prokurorun neyi var ya

Cahangir 2018-10-18 00:03:57

Guya bunun əməlləri işdən çıxarılana qədər heş kimə blli deyildi? Guya Ölkənin nəzarət etməli orqanları Aslanlının əməllərindən,xaricdəki biznesindən xəbərsiz olublar? Qatar gedəndən sonra dalınca qaşmağın mənası olmaz!Zamanında onu mühafizə edib.işdən çıxarıldıqdan sonra qanunsuzluq aşkarlayıb,onu da araşdırmamağın nə demək olduğu bəlli məsələdir.Belə hal Z.F.Məmmədovlara,İbrahimovlara,Müslümova və digərlərinə də tətbiq olunub şəf

Son yazılar