“The Washington Post” Camal Qaşıqçının son məqaləsini dərc edib

Dərc olunub: 18/10/2018 - 08:20

8“The Washington Post” qəzeti jurnalist Camal Qaşıqçının İstanbulda itkin düşməsindən az əvvəl yazıb başa çatdırdığı məqaləsini dərc edib.

“Report”un məlumatına görə, jurnalist məqaləsində ərəb dünyasında KİV-in azadlığının aşağı səviyyədə olmasından və xəbərlərin işıqlandırılmasına dövlət təsirini gücləndirilməsindən bəhs edib.

Qaşıqçı həmçinin qeyd edib ki, bir çox ərəb jurnalistləri həmkarlarının çoxsaylı həbsləri barədə susmağa üstünlük verirlər.

“Əl-Masry əl Yorum” qəzetinin bütün tirajının Misir hökuməti tərəfindən ələ keçirilməsi həmkarlar tərəfindən nə qəzəb, nə reaksiya doğurdu”, – deyə Qaşıqçı vurğulayıb.

Daha əvvəl KİV bildirib ki, Türkiyənin hüquq-mühafizə orqanları Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğunda öldürülməsinə dair dəlillər aşkarlayıb.

“The Washington Post” qəzetinin icmalçısı Camal Qaşıqçı oktyabrın 2-də İstanbulda itkin düşüb.


loading...




Fikrinizi bildirin