«Səudiyyəlilər mənim böyük müttəfiqimə çevriliblər» – TRAMP 

Dərc olunub: 18/10/2018 - 08:51

tramp«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanını (SƏ) özünün «böyük müttəfiqi» adlandırıb və bildirib ki, Ər-Riyad İrana qarşı durmaqda ABŞ-a kömək edir.

Bu barədə amerikalı lider «Fox Business» telekanalına verdiyi müsahibədə bəyan edib. Müsahibənin fraqmentləri çərşənbə günü efirə çıxıb.

«Səudiyyə Ərəbistanı – bizim həmkarımızdır, İrana qarşı bizim müttəfiqimizdir. Onlar (SƏ) mənim böyük müttəfiqimə çevriliblər» – deyə, amerikalı lider «Qaşıqçı olayı» fonunda bildirib.

«Onlar ABŞ-a nəhəng məbləğlərdə pul yatırırlar» – deyə, krallığa 110 milyard dollarlıq silah satılacağı barədə sazişdən danışan Tramp qeyd edib.

ABŞ Prezidenti onu da qeyd edib ki, jurnalistin öldürülməsi olayında SƏ-nın mümkün iştirakına ABŞ-ın reaksiyası ondan asılı olacaq ki, «onlar (Ər-Riyad) bu barədə bilirdilər, yoxsa yox?»

«ABŞ Səudiyyə Ərəbistanından getməyə hazırlaşırmı?» – sualına, Tramp «Mən, bunu etmək istəmirəm» – cavabını verib.


loading...




Fikrinizi bildirin