CƏBHƏDƏ NƏ BAŞ VERİR? - Ermənilər 2 rayonu boşaldır?

Bir neçə saatdır sosial şəbəkələrdə cəbhədən hansısa xoş xəbərlərin olduğu barədə ümumi məlumatlar paylaşılır. Təfərrüat verilməsə də, belə başa düşülür ki, Azərbaycan Ordusu müəyyən əraziləri geri qaytarıb. Lakin hamı qeyd edir ki, rəsmi məlumatın açıqlanmasını gözləyir...

AzPolitika.info-nun hərbi mənbələri cəbhə bölgəsində mühüm dəyişikliyin olması xəbərindən məlumatsız olduqlarını bildirirlər.

Bu dəqiqələrdə hərbi ekspert Cəsur Sümərinli də bu məlumatı təsdiq edən status paylaşıb. Lakin o, diplomatik mənbələrə istinadla sensasiyalı bir anons da verib.

Hərbi ekspert yazır: "Bir daha qeyd edirem: Hərbi mənbələr qosunların təmas xəttinde hər hansı dəyişikliyin olmadığıni bildirirlər. Bu gun 3-4 hərbi mənbə ilə əlaqə saxladım. Hamısı da eyni fikirdə: hər hansı dəyişiklik yox. Amma... bu dəqiqələrdə diplomatik mənbələrdən aldığım məlumata gorə, mümkündur ki, Rusiyanin təzyiqi ilə erməni tərəfi bir-iki rayonu azad etmək məcburiyyətinə salınıb. Bu informasiya yaxin zamanlarda rəsmi Bakı tərəfindən təmtəraqla acıqlana bilər...

Bir qədər gozləyək."

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar