Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb

Oktyabrın 18-i gündüz saatlarında Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 18-i gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu 19-22 dərəcə isti təşkil edəcək.

635x100

Şərhlər

Bayram 2018-10-18 11:44:08

AZPOLİTİKA bu qəzaya uğramış maşın şəkilin bu yazıya nə dəxli var? Sizi də çox təriflədik deyəsən.

Son yazılar