Səudiyyənin 7 klanı gizli toplandı: Şahzadə devrilir

Jurnalist Camal Qaşıqçının itməsi ilə bağlı Ər-Riyada təzyiqlərin güclənməsi kral ailəsini vəliəhd Məhəmməd bin Salmanın xələfini axtarmağa məcbur edib.Axar.az xəbər verir ki, “Le Fiqaro” qəzeti 7 əsas klanı birləşdirən Müdriklər Şurasının artıq bir neçə gündür gizli iclas keçirdiyini yazıb.

“Ekspertlərin fikrincə, bu şura vəliəhd üçün müavin təyin edə bilər. Bu vəzifə 2017-ci ildə Məhəmməd bin Salman vəliəhd təyin olunanda ləğv edilib. Vəliəhdin müavini vəzifəsinə 30 yaşlı Xalid bin Salman təyin edilə bilər. O, vəliəhdin kiçik qardaşıdır və keçən həftə ABŞ-daki səfir vəzifəsindən uzaqlaşaraq geriyə qayıdıb.

Əgər Xalid bin Salman müavin təyin edilsə, bu, Məhəmməd bin Salmanın vəliəhd vəzifəsindən getməsinin yaxın olduğunu göstərəcək. Lakin bu proses dərhal baş verməyəcək”, - məqalədə bildirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar