Xərçəng xəstəsi olan uşağı öz övladı kimi təqdim edən şəxs yığılan pulları mənimsəyib

Bərdə rayon sakini Xəyyam Rzayev rayon polis şöbəsinə müraciət edərək Ruslan adlı şəxsin sosial şəbəkələrdə hesab açaraq onun xərçəng xəstəliyindən əziyyət çəkən oğlunu öz övladı kimi təqdim etdiyini və oğlunun şəkillərini paylaşdığını bildirib.

“Report”un xəbərinə görə, şikayətçi qeyd edib ki, Ruslan sosial şəbəkə istifadəçilərindən onun oğlunun şəkilləri vasitəsilə “Kapital bank”da açdığı hesaba pul köçürmələrini xahiş edib. Daha sonra X.Rzayev oğlunun müalicəsi üçün yığılan pulları tələb etdikdə, Ruslan vəsaiti verməkdən boyun qaçırıb.

Polis faktla bağlı araşdırma aparır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar