“Sarıqamış”da əsir düşən hərbçilərin xatirəsinə tamaşa hazırlandı - FOTO

Türkiyənin Azərbaycandakı səfirliyinin himayəsi və TÜİB-in dəstəyi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşa nümayiş olunacaq.

BakuPost xəbər verir ki, Tamaşa 1914-1915-ci illərdə rus-türk cəbhəsində "Sarıqamış” əməliyyatında əsir düşmüş və Nargin adasında çox ağır şəraitdə saxlandıqlarına görə əksəriyyəti həlak olmuş, minlərlə türk hərbçilərinin və azərbaycanlı mülki vətəndaşların xatirəsinə ithaf olunub. Tamaşa 24 Oktaybr 20.00-da göstəriləcək.

Azərbaycan və Türkiyənin rəsmi şəxsləri də tamaşaya baxmağa gələcəklər.

Biletləri Caspian Plaza, 1-ci korpus, 12-ci mərtəbə TÜİB ofisindən əldə edə bilərsiniz.

Əlaqə nömrəsi: +99451 641 58 58

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar